Kapital Bank 28 Mall filialını istifadəyə verdi - FOTOLAR
Ölkənin ən geniş filial şəbəkəsinəmalik olan Kapital Bank bank xidmətlərinə olan tələbatı nəzərə alaraq və müştərilərəgöstərilən xidmət keyfiyyətini artırmaq məqsədilə yeni 28 Mall filialınıistifadəyə verdi.
azxeber.com xəbər verir ki, yeni açılan filial Bakı şəhərinin mərkəzində, Azadlıqprospekti 45 ünvanında, 28 Mall AVM-də yerləşir. Yeni filial müştərilərə ənənəvibank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.
Kapital Bank-ın 28 Mallfilialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növkreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri,valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.
Qeyd edək ki, Kapital Bankbir neçə il əvvəl ölkə üzrə həyata keçirdiyi filial şəbəkəsinintransformasiyası layihəsini tam bitirsə də, müştəri xidməti keyfiyyətiniartırmaq üçün bir sıra işləri davamlı olaraq həyata keçirir. Paytaxt Bakı iləyanaşı regionlarda da bank xidmətlərini daha əlçatan etmək məqsədilə yeni xidmətnöqtələri açılır. Bu kimi işlər gələcək illərdə də davam etdiriləcək.
Ölkənin birinci bankı olanKapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi —116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləribarədə daha ətraflı məlumat almaq üçün saytına,196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinəmüraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişiüçün — .





Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib