Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur
Kapital Bank informasiya təhlükəsizliyi idarəetmə sisteminin (İTİS) daha da gücləndirilməsini rəsmiləşdirərək, beynəlxalq miqyasda ən qabaqcıl standartlardan biri olan ISO/IEC 27001:2022 sertifikatı üzrə uyğunluğunu təsdiqləyib. Bu nailiyyət bankın rəqəmsal ekosisteminin və müştəri xidmətlərinin müasir kibertəhlükələrə qarşı ən yüksək səviyyədə müdafiə olunduğunun təkzibolunmaz göstəricisidir.
Bu standartın tətbiqi ilə bank qlobal tələblərə uyğun şəkildə sistemli, risk-əsaslı və davamlı təkmilləşmə prinsipi üzrə fəaliyyət göstərir. ISO/IEC 27001:2022 çərçivəsinə uyğun formalaşdırılan bu idarəetmə modeli məlumatların qorunması, kiberrisklərin proaktiv şəkildə idarə olunması və müştəri məxfiliyinin yüksək səviyyədə təmin edilməsinə xidmət edir.
Bankın daxili proseslərinin beynəlxalq təhlükəsizlik yanaşmaları əsasında optimallaşdırılması müştərilər üçün etibarlı, dayanıqlı və fasiləsiz rəqəmsal xidmət mühitinin yaradılmasına xidmət edir. Bu sertifikat bankın informasiya təhlükəsizliyinə olan yanaşmasının cari tələblərə uyğunluğu ilə yanaşı strateji və uzunmüddətli inkişaf prioritetinin vacib hissəsi olduğunu da nümayiş etdirir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Daha bir həkim qəfil vəfat etdi
Ceyrançöldə 2 nəfər minaya düşdü - Ölən var
Husilər SÜRƏTLƏ İRƏLİLƏYİR: Ordu Bab əl-Məndəbi tərk etdi - Ədən TƏHLÜKƏDƏ
ADA Universiteti və 'Bank of Baku'nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı - FOTOLAR
Başı ağrıyırmış, hamama gedib...' - Yataqxanada tələbənin ölümünün təfərrüat
Suraxanıda maşın yandı
Nəsimi rayonunda külək ağacı aşıraraq evin giriş-çıxışını bağlayıb, sakinlər təxliyə edilib
Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Türkiyə Fransaya, İspaniya İngiltərəyə məğlub oldu
Millimiz yoldaşlıq oyununa çıxacaq
Fuad Nəcəfli uzun müddət sonra göründü - FOTO
Daha bir vəkil həbs edildi
İdeyaların yerini fırıldaqçılar tutanda: Dünya siyasətinin acınacaqlı mənzərəsi
Xaçmazda ev yandı: 90 yaşlı qadının meyiti tapıldı