İdeyaların yerini fırıldaqçılar tutanda: Dünya siyasətinin acınacaqlı mənzərəsi

İdeyaların yerini fırıldaqçılar tutanda: Dünya siyasətinin acınacaqlı mənzərəsiYəqin ki, bir həqiqəti etiraf etməliyik: hamımız inanılmaz dərəcədə xırdalanmışıq. Siyasi liderlər də, dövlət xadimləri də, bütövlükdə siyasi elita da əvvəlki çəkisini və səviyyəsini itirib.
Henri Kissinceri prinsipiallıqdan tamamilə uzaq, yalnız bir meyara – atdığı addım ABŞ-ın maraqlarına uyğundurmu, yoxsa yox – əsaslanan siyasətin memarı hesab etmək olar. Lakin bununla belə, o, yüksək peşəkarlığı, hər şeydən əvvəl isə dərin biliyi və siyasi savadı ilə seçilən bir şəxsiyyət idi.
Kissincer Moskvaya səfər edərkən, şübhəsiz ki, proseslərin ümumi gedişatını, onların ilkin səbəblərini və hadisələrin niyə məhz bu şəkildə cərəyan etdiyini anlayırdı.
Onu kimlər qarşılayırdı? Necə deyərlər, bütün bunların nə üçün lazım olduğunu hələ də xatırlayan insanlar.
Bunlar köhnə siyasi nəslin nümayəndələri, bolşeviklərin varisləri – marksizmin fanatikləri və fundamentalistləri, eyni zamanda dövlət idarəçiliyi üçün xüsusi olaraq yetişdirilmiş yeni nəsil aparatçılar idi.
Yeri gəlmişkən, bu, Çinə də aid idi. Kissinceri orada da vaxtilə inqilabçı olmuş, peşəkar gizli fəaliyyət təcrübəsinə malik insanlar qarşılayırdı.
Onlar peşəkar mübarizə adamları idi. Bir vaxtlar onilliklər boyu hər an öldürülə biləcəklərini bilərək, daim həyatlarını təhlükə altında yaşamışdılar.
Eyni vəziyyət İsrailə də aid idi. Kissincerlə orada da vaxtilə yeraltı fəaliyyətlə məşğul olmuş, silahlı mübarizədə iştirak etmiş insanlar danışırdı.
Yaxud İsrailin o dövrkü liderlərindən biri İsxak Şamirin məşhur ifadəsini xatırlayaq: "Terrorçu mənəm, onlar isə sadəcə quldurdurlar!"
Şamir bununla Britaniya mandatı dövrünə işarə edirdi. Həmin vaxt Böyük Britaniya bir sıra yəhudi gizli təşkilatlarını terrorçu qruplaşmalar hesab edirdi.
Bu, Avropaya da aiddir. O dövrdə hakimiyyətdə İkinci Dünya müharibəsinin ağır sınaqlarından keçmiş insanlar vardı. Onlar da vaxtilə gizli fəaliyyət göstərmiş, partizan hərəkatlarında iştirak etmiş, silahlı mübarizə aparmış şəxslər idi. Onların fəaliyyətinə hansı adı verməyin o qədər də əhəmiyyəti yox idi. Əsas məsələ bu insanların siyasi mübarizənin içindən çıxması, real təcrübəyə malik olması idi.
Kissinceri nə qədər əclaf hesab etmək, kommunistləri qanlı canilər adlandırmaq, milli azadlıq hərəkatlarını terrorçu, yaxud azadlıq döyüşçüsü kimi təqdim etmək olardı. Lakin bütün bunlara baxmayaraq, bir həqiqəti inkar etmək çətindir: həmin insanlar və onların təmsil etdikləri ideyalar real idi.
Biri kommunizmə qarşı fanatik mübarizə aparırdı, digəri isə heç də az olmayan fanatizmlə kapitalizmə qarşı çıxırdı. İdeyaların nə dərəcədə doğru və ya yanlış olması başqa məsələdir. Əsas odur ki, onların arxasında inandıqları prinsipləri müdafiə edən, lazım gəldikdə bu yolda həyatlarını belə qurban verən insanlar dayanırdı.
Bəs bu gün vəziyyət necədir?
Moskvaya posikunçik (rus mətbəxinə aid, içlikli kiçik pirojok növü) yeməyə gedən "kürəkən" və Vitek kimi fiqurlar var. Bunlar, sözün əsl mənasında, təsadüfi adamlardır. Baş verənləri anlayıb-anlamamaları, əslində, o qədər də vacib deyil – anlayırlar. Problem ondadır ki, onlar sadəcə savadsız və siyasi baxımdan hazırlıqsızdırlar.
Çünki yuxarıda haqqında danışdığım şəxslərdən fərqli olaraq, bu adamlar heç vaxt dövlət xadimi olmağa hazırlaşmayıblar, dövlət idarəçiliyi ilə ciddi maraqlanmayıblar. Bəs bu təsadüfi adamları kim qarşılayır?
Düz tapdınız – "Ozero" kooperativi, müxtəlif sövdələşmələrin və qaranlıq işlərin içində olanlar, sözün əsl mənasında, boz və gözə dəyməyən fiqurlar. Dövlət idarəçiliyi sahəsində onlar da eyni dərəcədə savadsız və səriştəsizdirlər.
Avropada da vəziyyət ürəkaçan deyil. Orada siyasətçilərin böyük bir qismi real problemləri həll etmək əvəzinə, sözçülüklə, ritorika ilə məşğuldur. Bu isə geniş xalq kütlələrində qəzəb və narazılıq yaradır. Nəticədə həm sağdan, həm də soldan populistlər və fırıldaqçılar həmin narazılıqdan məharətlə istifadə edərək nüfuz qazanırlar.
Əvvəllər qarşıdurmaların və ya razılaşmaların arxasında ideyalar dayanırdı.
Bu ideyaların nə dərəcədə doğru olması əsas məsələ deyildi. Əsas odur ki, həmin ideyaları müdafiə edən peşəkar, hazırlıqlı və öz mövqeyinə inanan insanlar vardı. Onlar öz baxışları uğrunda mübarizə aparır, hətta ölməyə belə hazır olurdular.
Bu gün isə bütün bunların arxasında fırıldaqçılar, müxtəlif sövdələşmələrlə məşğul olanlar, dünənə qədər xırda işbazlıqla məşğul olmuş adamlar dayanır. Onların bir qismi sadəcə bəxti gətirdiyi, digərləri isə bu çirkin işlərin içində olmaqdan çəkinmədiyi üçün yüksək mövqelərə yüksəlib.
Ən acınacaqlısı isə odur ki, bu tunelin sonunda hər hansı işıq görünmür. Çünki indiki elitanı əvəzləməyə gələn yeni nəsil bəzən gedənlərdən də boz, daha hazırlıqsız və daha səriştəsiz təsir bağışlayır.
Nə etməli? Funksional savadlılığın səviyyəsinin aşağı düşməsi, ideyasızlığın və mənəvi boşluğun artması ümumilikdə cəmiyyətə təsir göstərir. Bu tendensiyalar siyasi elitanın da keyfiyyətinə öz təsirini göstərməyə bilməz.
Bütün bunlarla nə etmək lazım olduğunu isə, açığı, özüm də bilmirəm.
Müəllif: Yigal Levin
Hazırladı: Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 16 noyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Azərbaycan FAMEX-ə dəvət edilib

Azərbaycan Meksika Aerokosmik Sərgisinə (FAMEX) dəvət olunub. xəbər verir ki, bu dəvət FAMEX Komitəsinin nümayəndələrinin Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyevlə görüşündə səsləndirilib. "Diplomatik görü

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Estoniya Rusiya ilə bütün avtomobil sərhəd-keçid məntəqələrini bağlayır: SƏBƏBLƏR

Estoniya dekabrın 1-dən Rusiya ilə fəaliyyətdə olan üç avtomobil sərhəd-keçid məntəqəsini – Narva, Koidula və Luhamaanı bağlamağa hazırlaşır. Bu qərara səbəb Estoniyanın müdafiə sənayesi müəssisələrindən birinə qarşı törədilməsin

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumları

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini


yeni xeberler son xeberler azerbaycan xeberleri xabarlar sonxeber az sonxeberler dunya xeberleri