Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi

Bu müavinətlər artırılır - Komitə sədri təsdiqlədi2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək uşaqlara qulluğa görə, eləcə də dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub.
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında sosial büdcə zərfinin müzakirəsi zamanı komitənin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, bu, cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 38 faiz və ya 77 milyon manat çoxdur.
O qeyd edib ki, büdcənin bu istiqaməti üzrə nəzərdə tutulan 77 milyon manatlıq artım gələn il bir sıra sosial müavinətlərin məbləğinin yüksəldilməsinə imkan verəcək: "Belə ki, uşağın anadan olmasına görə müavinətin məbləğinin 600 manatdan 1500 manata, sığorta olunan şəxslərə 3 yaşınadək uşağa qulluğa görə ödənilən müavinətin 700 manatdan 936 manata, 3 yaşınadək uşağa qulluğa görə müavinətin isə 37 manatdan 100 manata çatdırılması proqnozlaşdırılır.
Sığorta olunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdiriləcək xərclər üçün 25 milyon manat vəsait nəzərdə tutulub".

İqtisadiyyat       Tarix: 08 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir. 4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxal

Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur. xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib

HONOR X9e Pro: Sərhədlərə meydan oxu

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 00 mAh tutumlu güclü batareya — yeni HONOR X9e Pro sərhədlərə meydan oxuyanlar üçün yaradılıb. HONOR premium dizaynı, müstəsna möhkəmliyi və uzunmüddətl

Azərbaycanda yeni biznes xəbər saytı fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. xəbər verir ki, yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəs

Qızıl bu tarixdən bahalaşacaq

Dünya bazarında qızılın qiymətində baş verən geriləmənin ilin sonuna qədər davam edə biləcəyi ehtimal olunur. Bəzi beynəlxalq maliyyə qurumları qiymətli metalın bir troya unsiyasının 3 900 dollara, daha mənfi ssenaridə is

Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. . xəbər verir ki, yen

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda cəbhədən son durum xəbər xabar az