Kapital Bank-dan BMU tələbələrinə təhsil və fərdi inkişaf dəstəyi

Kapital Bank-dan BMU tələbələrinə təhsil və fərdi inkişaf dəstəyiÖlkənin birinci bankı Kapital Bank gənclərin karyera və şəxsi inkişafına dəstək missiyasını davam etdirir. Məlum olduğu kimi bank ali məktəblərdə "Kapital Bank" otaqlarını tələbələrin istifadəsinə verməklə onların təhsilinə və fərdi inkişafına dəstək olmağa  çalışır. Belə ki, bu otaqlarda maliyyə istiqamətində fərqli seminarlar, təlimlər və masterklasslar keçirilir.
Növbəti belə bir təlim Bakı Mühəndislik Universitetində baş tutub. Təlimdə  "İnformasiya texnologiyaları", "Kompüter mühəndisliyi" və "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə təhsil alan 60-dan çox 3 və 4-cü qrup tələbələri  iştirak ediblər.
Təlimin spikeri Kapital Bank-ın Proqram mühəndisliyi ekspert mərkəzinin Funksional lideri Valeh Əsədov tələbələrlə "Mobil bankçılıq" və "Mobil bankçılıq tərtibatının bank sektorundakı rolu" mövzularında təcrübələrini bölüşüb. O, maliyyə sektorunda rəqəmsal inkişafın aktuallığını vurğulayaraq, gənc mütəxəssislərin bu sahədə potensial perspektivlərindən danışıb. Seminar interaktiv sual-cavab sessiyası ilə davam edib və tələbələr onları maraqlandıran mövzularda ekspert rəyi əldə ediblər.
Qeyd edək ki, ölkədə təhsilin inkişafına töhfə vermək və gənclərə dəstək məqsədi ilə Kapital Bank daha öncə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetlərində müasir texnoloji standartlara cavab verən "Kapital Bank" otaqlarını istifadəyə verib.   
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – .  / azxeber.com

İqtisadiyyat       Tarix: 26 noyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xabar axsam az xeberler apa.az xeberler valyuta mezennesi 2026