Kapital Bank-ın 150 illik yubileyi münasibətilə veloyürüş: Yaşıl gələcəyə doğru birlikdə yola çıxdıq

Kapital Bank-ın 150 illik yubileyi münasibətilə veloyürüş: Yaşıl gələcəyə doğru birlikdə yola çıxdıqÖlkəninbirinci bankı Kapital Bank və Azərbaycan Velosiped Federasiyasının birgə tərəfdaşlığıilə veloyürüş keçirilib.
azxeber.com xəbər verir ki,"Yaşıl dünya naminə həmrəylik ilində" təbiətin mühafizəsinəhəssaslığı artırmaq, zərərsiz nəqliyyat vasitələrindən istifadəni təşviq etmək məqsədi ilə baş tutan layihə Kapital Bank-ın 150 illik yubileyinə həsr olunub.
Bakı,Quba, Gəncə və Laçın şəhərlərində keçirilən veloyürüşdə Azərbaycan VelosipedFederasiyasının 50-yə yaxın idmançısı iştirak edib. Şəhər mərkəzlərindəbaşlayan yürüş filialların qarşısında yekunlaşıb. Layihənin davamı olaraq müştərilərüçün əyləncəli tədbir təşkil edilib. Müxtəlif oyunlarda iştirak edən hər kəs hədiyyəqazanıb. Oyunların qaliblərinə isə əsas mükafat olan velosiped hədiyyə edilib.
Bakışəhərində keçirilən tədbiri çıxış sözü ilə açan Yasmal filialının müdiri AnarZeynalov bu layihənin paytaxt Bakıda başlayıb doğma Qarabağda yekunlaşmasınınböyük rəmzi məna daşıdığını vurğulayıb. Azərbaycan Velosiped Federasiyasınınbaş katibi Elnarə Musayeva isə yubileyini velosiped idmanının dəstəklənməsinə həsretdiyi üçün Kapital Bank-a təşəkkür edib. O qeyd edib ki, xüsusən gənclərarasında zərərsiz nəqliyyat vasitəsi olan velosipedin təbliği təmiz ətraf mühitəvə gənclərin sağlam gələcəyinə böyük bir töhfədir.
Qubasakinləri də idmançıları böyük maraqla qarşılayıb. Şimal filialının müdiriElvin Məmmədov tədbiri çıxış sözü ilə açaraq bildirib ki, 150 ildir zamanın tələbinəuyğun olaraq dəyişən, yenilənən, müştərilərinə dövrünün müasir rəqəmsal həllərinitəqdim edən Kapital Bank sosial və ölkə əhəmiyyətli layihələrdə də hər zamaniştirak edir və bu ideyaları dəstəkləyir.
Gəncətədbiri də müştərilərin fəallığı iləyadda qalıb. Tədbirdə şəhər icra hakimiyyətinin rəsmiləri, ali məktəblərinrektorları, xarici ölkələrin rəsmi nümayəndələri iştirak ediblər. Açılış nitqiilə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışızamanı bildirib ki, Yaşıl dünya naminə həmrəylik ilində, eləcə də COP29 kimi layihə ərəfəsində bu tədbirinkeçirilməsinin böyük əhəmiyyəti var. Eyni zamanda tədbirdə iştirak edənuşaqların, gənclərin velosipedçilərlə, idmançılarla ünsiyyətdə olması, onlarıyaxından tanıması gənc nəsildə sağlam həyat tərzinə, idmana maraq yaradacaq.
Laçındabaş tutan veloyürüş isə həm idmançılar, həm də Laçın sakinləri üçün qürurluanlarla yadda qalıb. Laçınlıların xüsusi aktivliyi ilə seçilən tədbirdə layihəninəsas hədiyyəsi olan velosipedi qalibə Azərbaycan Velosiped Federasiyasının İcraiyyəKomitəsinin üzvü Vüqar Salahov təqdim edib. O çıxışında layihənin doğmaQarabağda yekunlaşmasının əhəmiyyətini iştirakçılarla bölüşüb. Qeyd edib ki,burada iştirak edən hər bir idmançı azad Laçını fəth etməyin böyük qürurunuyaşayır.
Ölkəninbirinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ənböyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinəvə ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişiüçün — .

İqtisadiyyat       Tarix: 05 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda kriminal xeber cəbhədən son məlumatlar son xəbərlər azərbaycanda