Kapital Bank və Təhsil Tələbə Kredit Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb
Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində fəaliyyətini genişləndirməkdə davam edir. Bu çərçivədə Təhsil Tələbə Kredit Fondu ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova və Fondun İdarə Heyətinin sədri Bəhruz Əzimov imzalayıblar.
Memorandumun əsas məqsədi tələbələrin bilik və bacarıqlarının artırılması, onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına dəstək göstərmək və gənclərin karyera perspektivlərini genişləndirməkdir. Əməkdaşlıq çərçivəsində tələbələr Kapital Bank-ın müxtəlif struktur bölmələrində istehsalat təcrübəsi və xüsusi təcrübə proqramlarında iştirak etmək imkanı əldə edəcəklər. Bu təşəbbüs tələbələrə real iş və biznes mühitində fəaliyyət göstərmək, müasir bankçılıq prosesləri və idarəetmə prinsipləri ilə yaxından tanış olmaq imkanı yaradacaq.
Memorandum çərçivəsində həmçinin Kapital Bank-ın aparıcı mütəxəssisləri tərəfindən təşkil olunacaq təlim və inkişaf proqramlarına çıxış nəzərdə tutur. Tələbələr üçün keçiriləcək seminar və vörkşoplar onların şəxsi və peşəkar inkişafına töhfə verəcək, bank sektorunun iş prinsipləri, müasir trendlər və innovativ yanaşmalar barədə biliklərini daha da zənginləşdirəcək. Bu əməkdaşlıq Kapital Bank-ın gənclərin təhsilinə və inkişafına dəstək missiyasının davamı olmaqla yanaşı, ölkənin əmək bazarında daha rəqabətqabiliyyətli və hazırlıqlı kadrların yetişdirilməsinə də mühüm töhfə verəcək.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır