"Kapital Bank"ın "PO Growth" inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

"Kapital Bank" ASC-nin məhsulyönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi "PO Growth" inkişaf proqramı uğurla başa çatıb. Proqram iştirakçıları məhsulun ideyanın yaranmasından — ilkin tədqiqat və ehtiyacların müəyyənləşdirilməsi mərhələsindən başlayaraq istifadəyə verilməsi və sonrakı post-analiz mərhələsinə qədər olan bütün inkişaf dövrünü əhatəli şəkildə öyrənmək imkanı əldə ediblər.
Proqrama 493 nəfər müraciət edib və onlardan yalnız 33 nəfər seçim mərhələlərini uğurla keçərək layihədə iştirak hüququ qazanıb. 4 ay davam edən proqramda iştirakçılar 5 modul üzrə intensiv təlimlərə cəlb olunub. Təlimlər yalnız nəzəri deyil, həm də praktiki nümunələr, testlər və interaktiv vörkşoplar vasitəsilə iştirakçıların biliklərinin möhkəmləndirilməsi də təmin edilib.
Proqramın fərqləndirici cəhətlərindən biri də ondan ibarət olub ki, iştirakçılar yalnız biznes sahəsində deyil, texniki aspektlər üzrə də məlumatlandırılıblar. Onlara məhsulun inkişafında sistemli yanaşma və müştəri ehtiyaclarının düzgün təhlili ilə bağlı praktiki biliklər qazandırılıb. Eyni zamanda liderlik, komanda işi və effektiv ünsiyyət kimi yumşaq bacarıqlar da proqram çərçivəsində inkişaf etdirilib.
Təlimlər "Kapital Bank"ın müxtəlif sahələrindən olan təcrübəli rəhbər heyət üzvləri, məhsul sahibləri və çevik idarəetmə üzrə ixtisaslaşmış peşəkarlar tərəfindən keçirilib. Bu isə iştirakçılara real təcrübədən öyrənmək və bütün suallarına əhatəli cavab almaq fürsəti yaradıb.
"Kapital Bank" ölkəmizdə çevik idarəetmə metodologiyasını ("Agile") tətbiq edən ilk maliyyə qurumlarından biridir. 2018-ci ildən bu yanaşmanı daxili proseslərinə inteqrasiya edən bank, bu gün məhsul komandalarının fəaliyyətini daha operativ və müştəriyönümlü şəkildə təşkil edir. Çevik idarəetmə komandalararası əməkdaşlığı gücləndirir, qərarların sürətli qəbuluna və innovativ həllərin daha tez tətbiqinə imkan yaradır.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holding"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , "Birbank" kartı sifarişi üçün – . / azxeber.com

İqtisadiyyat       Tarix: 03 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son dəqiqə cəbhədən görüntüleri kriminal bugun sonxabar az