Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan- karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.
azxeber.com-un məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib.
Milli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:
- 100 manatadək köçürmələr – 3 qəpik;
- 100,01–1000 manat – 10 qəpik;
- 1000,01–10 000 manat – 50 qəpik;
- 10 000,01–40 000 manat – 2 manat;
- 40 000 manatdan yuxarı – 4 manat.
Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrasına görə isə tarif dərəcəsi aşağıdakı kimi olacaq:
- 100 manatadək köçürmələrdə – 3 qəpik;
- 100,01–1000 manat – 10 qəpik;
- 1000,01–10 000 manat – 1 manat;
- 10 000,01–40 000 manat – 4 manat;
- 40 000 manatdan yuxarı – 8 manat tutulma olacaq.
Dollarla edilən ödənişlərə də tarif dərəcəsi müəyyən edilib:
- 100 dollara qədər köçürmələrdə - 0.2 dollar;
- 100.1 – 1000 dollar – 0.5 dollar;
- 1000.1 – 10000 dollar – 2 dollar;
- 10000.1 – 40000 dollar – 10 dollar;
- 40000.1 dollardan yuxarı – 20 dollar tutulma olacaq.
Turlar.az [newsid: 0-123300]

İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
"Real Madrid"in ulduzu bu komandaya gedir
"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı
Dollar bu gün neçəyə satılır?
Qaradağda məktəb direktorunun maşını yandırıldı
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi
Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb