PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb
Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank və Deloitte Private Azərbaycanda altıncı dəfə keçiriləcək "Best Managed Companies Azerbaijan" proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.
azxeber.com xəbər verir ki, Deloitte Private-ın beynəlxalq təşəbbüsü olan "Best Managed Companies" proqramı qabaqcıl idarəetmə təcrübələri və uğurlu biznes nəticələri ilə seçilən şirkətləri müəyyən edir və mükafatlandırır.
Dünyanın 50-yə yaxın ölkəsində həyata keçirilən proqram Azərbaycanda 2021-ci ildən təşkil olunur. Bu müddət ərzində proqramda 50-yə yaxın yerli şirkət iştirak edib, 19 şirkət isə "Best Managed Companies Azerbaijan" tituluna layiq görülüb.
Proqram çərçivəsində iştirakçılar idarəetmə təcrübələrini beynəlxalq metodologiya əsasında qiymətləndirmək, Deloitte və PAŞA Bank ekspertlərindən bizneslərinin inkişafı ilə bağlı tövsiyələr almaq imkanı əldə edirlər.
Şirkətlər strategiya, biznes imkanları və innovasiya, korporativ idarəetmə və maliyyə göstəriciləri, eləcə də korporativ mədəniyyət və öhdəliklər olmaqla dörd istiqamət üzrə qiymətləndirilir. Əsas mükafatın qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilir.
2027-ci ildə əsas mükafatla yanaşı, şirkətlərin nailiyyətləri üç yeni nominasiya – "İnnovasiya və davamlı inkişaf", "Korporativ vətəndaşlıq və sosial töhfə", "Ətraf mühitə məsuliyyət və ekoloji töhfə" üzrə də qiymətləndiriləcək.
Proqramda illik gəliri 10 milyon manatdan çox olan, ən azı üç il fəaliyyət göstərən və 25-dən çox tam ştatlı əməkdaşı olan şirkətlər iştirak edə bilərlər. Şirkətin mülkiyyətinin 60 faizdən çoxu Azərbaycan rezidenti olan fiziki və ya hüquqi şəxslərə məxsus olmalıdır.
"Best Managed Companies Azerbaijan" proqramı Deloitte Private və PAŞA Bankın əsas sponsorluğu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyanın tərəfdaşlığı ilə həyata keçirilir.
Proqram və iştirak şərtləri haqqında ətraflı məlumatı linkdənəldə etmək mümkündür.
PAŞA Bank bu təşəbbüslə yerli şirkətlərdə qabaqcıl idarəetmə təcrübələrinin tətbiqinə, onların dayanıqlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına dəstək göstərir.

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Nərimanov rayonunda yerləşən tam orta məktəbdə şagirdlər arasında insident baş verib
Valyuta bazarında son vəziyyət
Uill Smitin 42 milyon dollarlıq malikanəsində yanğın baş verdi - FOTO
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
"İşgüzar Axşam Ziyafəti və B2B Görüş" təşkil olundu - FOTOLAR
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…
Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
İlham Əliyev Trampa təşəkkür etdi
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib