Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib

Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib23 noyabr 2026-cı il tarixində Bir ekosisteminin rəhbəri Fərid Hüseynov və ekosistemin idarəetmə komandasının təmsilçiləri Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AFCA) Baş katibi Jiamning Qi-nin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Bir ekosisteminin baş ofisində keçirilən görüşdə X Beynəlxalq Bankçılıq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan beynəlxalq maliyyə institutlarının təmsilçiləri iştirak ediblər. Heyətə AFCA rəhbərliyi ilə yanaşı, Çin Banklar Assosiasiyası, Çin Kənd Təsərrüfatı Bankı, "Tianfeng International Securities Group", Macarıstan Banklar Assosiasiyası və digər qurumların nümayəndələri daxil olub.
Qonaqlara Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan Bir-in fəaliyyəti, inkişaf modeli və rəqəmsal həlləri barədə təqdimat edilib. Ardınca tərəflər banklar və fintex şirkətləri arasında tərəfdaşlıq, rəqəmsal ekosistemlər, süni intellekt və digər innovativ həllər üzrə fikir mübadiləsi aparıblar.
Görüşdə Bir ekosisteminin beynəlxalq maliyyə qurumları ilə əlaqələrinin genişləndirilməsi və qlobal texnologiya trendləri üzrə təcrübə mübadiləsi imkanları diqqət mərkəzində olub. Eyni zamanda, Azərbaycanın Orta dəhlizdə tutduğu strateji mövqe, regional iqtisadi və nəqliyyat-logistika əlaqələrindəki rolu vurğulanmaqla, rəqəmsal ekosistemin inkişafı və beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq perspektivləri qeyd olunub.
Qeyd edək ki, 2017-ci ildə yaradılmış və baş ofisi Pekində yerləşən AFCA 30-dan çox ölkədən maliyyə institutları arasında beynəlxalq əməkdaşlığı genişləndirmək, bilik mübadiləsini təşviq etmək və sektorda innovasiyaları dəstəkləmək məqsədilə fəaliyyət göstərir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az   / azxeber.com

İqtisadiyyat       Tarix: 29 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

PAŞA Bank 12 noyabr 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində keçirilən COP31 beynəlxalq iqlim konfransı çərçivəsində təşkil olunan yüksək səviyyəli dialoqda iştirak edib. Azərbaycan Pavilyonunda baş tutan tədbird

Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

Bakcell-də hədiyyə mövsümü davam edir. Abunəçilər Bakcell tətbiqində VIP Çarxı çevirməklə iPhone 17 modellərini qazanmaq şansı əldə edirlər. VIP Çarxın təqdim etdiyi xüsusi hədiyyələr arasında iPhone 17 modelləri ilə yanaşı

Azərbaycan ayaqqabı istehsalını artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 277,4 min cüt ayaqqabı istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 % çoxdur. Bu ilin noyabrın 1-nə

Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı

STEP Young: Semaqlutid əsaslı innovativpreparatı piylənmə ilə yaşayan 6–11 yaşlı uşaqların təxminən 80%-də bədən kütləindeksini ən azı 10% azaldıb. Novo 6–11 yaşlı uşaqlarda piylənmənin müalicəsi üzrə STEP Young tədqiqatını

Qızıl sürətlə ucuzlaşacaq

İnflyasiyanın davam etməsi və ABŞ dollarının möhkəmlənməsi dünya bazarında qızılın qiymətinin aşağı düşməsinə səbəb olacaq. Xarici ekspertlərin sözlərinə görə, bu ilin sonunadək qızılın bir troya unsiyasının qiyməti 3 50

"Azərlotereya"dan iki yeni "Poz-Qazan" oyunu: Böyük uduş imkanları

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC lotereya həvəskarları üçün bir-birindən maraqlı oyunlarda böyük uduş imkanları təqdim etməyə davam edir. Bu dəfə iki yen

AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları sərnişin xidmətinin keyfiyyətinə və uçuş təcrübəsinə görə beynəlxalq səviyyədə iki nüfuzlu mükafata layiq görülüb: "2027 APEX Four-Star Major Airline" v

Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış

Noyabrın son həftəsində hamı endirim axtarır. Yelo Inves-də isə nəinki endirim, tamamilə komissiyasız alış həftəsinə başlayır! 23–27 noyabr tarixlərində keçirilən "Parlaq İnvestisiya Həftəsi" çərçivəsində səhm v

Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb - FOTOLAR

Türkiyəli iş adamı Murat Ülker Bakıya səfəri çərçivəsində "Azersun Holding"in qonağı olub. xəbər verir ki, iki günlük səfər çərçivəsində "Azersun Holding"in Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyə


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər kriminal bugun cəbhədən görüntülər xeber.az bu gun