Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?

Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?Məlum olduğu kimi, ötən gün bəzi bank müştərilərinin kart hesablarında texniki problem yaranıb. İstifadəçilərin bildirdiyinə görə, kartlardan səbəbsiz vəsaitlərin silinməsi, eləcə də hesaba daxil olan məbləğlərin tam əks olunmaması halları müşahidə edilib.
Bankın mobil tətbiqində yayımlanan bildirişdə isə qeyd olunub ki, üçüncü tərəflə bağlı yaranmış texniki çətinlik səbəbindən bəzi kartlarda əlavə vəsait silinmələri baş verib.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Kamran Əsədullayev azxeber.com-a açıqlamasında bildirib ki, baş verənlər kibertəhlükəsizlik pozuntusu deyil.
Onun sözlərinə görə, bəzi bank kartlarında müşahidə olunan mənfi balanslar və əməliyyat uyğunsuzluqları cəmiyyətdə narahatlıq yaradıb. Lakin bu tip hallar adətən kibertəhlükəsizlik probleminə deyil, ödəniş sistemində yaranan texniki və ya prosessinq səviyyəli nasazlıqlara bağlı olur.
Ekspert qeyd edib ki, bank sistemləri yalnız bankın daxili infrastrukturu ilə məhdudlaşmır:
"Burada kart prosessinq mərkəzləri, ödəniş şəbəkələri, hesablaşma platformaları və müxtəlif üçüncü tərəf xidmətləri iştirak edir. Zəncirin hər hansı hissəsində yaranan nasazlıq əməliyyatların təkrar emalına, balansların müvəqqəti olaraq yanlış görünməsinə və ya gecikmiş hesablaşmaların eyni anda əks olunmasına səbəb ola bilər".
K.Əsədullayev bildirib ki, belə hallarda əsas məsələlərdən biri düzgün kommunikasiya siyasətidir:
"Rəqəmsal maliyyə sistemlərində əsas məsələ nasazlığın heç vaxt baş verməməsi deyil. Vacib olan problemin nə qədər tez aşkarlanması, təsir dairəsinin məhdudlaşdırılması və xidmətlərin operativ bərpa edilməsidir. İstifadəçilər hesablarında gözlənilməz dəyişiklik gördükdə ilk növbədə aydın və vaxtında məlumat almaq istəyirlər. Şəffaf kommunikasiya ictimai etimadın qorunmasında mühüm rol oynayır".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də azxeber.com-a açıqlamasında bildirib ki, baş verənlərin böyük ehtimalla kiber hücum olmadığını düşünür.
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?Onun sözlərinə görə, müşahidələr və aidiyyəti qurumların açıqlamaları hadisənin daha çox texniki xarakter daşıdığını göstərir:
"Silinmələr təsadüfi deyil, real əməliyyatların təkrarıdır. Vəsaitlər dərhal geri qaytarılır, balanslar avtomatik bərpa olunur. Bu, oğurluqdan daha çox dublikasiyaya işarə edir. Yəni kənar müdaxilə deyil, bank sistemlərində yaranmış texniki uyğunsuzluq ehtimalı daha yüksəkdir".
O.Gündüz qeyd edib ki, problemin əsas səbəbi böyük ehtimalla prosessinq zəncirindəki nasazlıqla bağlıdır:
"Bir neçə müstəqil bankın eyni vaxtda eyni problemlə üzləşməsi ortaq bir halqanın olduğunu göstərir. Hesablaşma zəncirində belə anomaliyalar baş verərsə, sistem onları dərhal aşkarlayıb bloklamalıdır. Bu hadisə göstərir ki, kritik maliyyə infrastrukturlarında nəzarət və monitorinq mexanizmləri daha da gücləndirilməlidir".
Ekspert əlavə edib ki, belə hallardan sonra aidiyyəti qurumlar texniki nəzarət mexanizmlərini yenidən qiymətləndirməlidir.
Şəhanə Ziyad

İqtisadiyyat       Tarix: 27 iyun 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026