"Kaş ki, xoşbəxt olardın, bədbəxtsən" - Röyadan Natavana cavab

"Kaş ki, xoşbəxt olardın, bədbəxtsən" - Röyadan Natavana cavab"Heç vaxt heç bir qadın haqda danışmıram. Fikirləşməmişəm ki, hansısa qadını kimdənsə ayırım. Bunlardan uzağam. Dəli kimi söz deyə bilərəm, o qız ağlayar. Biriylə davam olarsa, orada da bitər. Ona görə də yaxşı qız kimi yaddaşda qalıram".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan AzTV-də yayımlanan "Sözüm var" proqramında deyib.
O, aparıcı Aydan Axundzadənin "Son zamanlar müğənnilər sizinlə bağlı keçmişdəki hadisələri gündəmə gətirirlər" sualına isə müğənni belə cavab verib:
"Bugünkü həyatları yoxdur, ona görə... Bu yaxınlarda bir hadisə oldu. O qızın müsahibəsinə baxdım. Dedim ki, Allah səni xoşbəxt etsin, kaş ki, edərdi. Qadın xoşbəxt olmalıdır ki, aqressivləşməsin. İşi, uğuru, qazancı olmalıdır. Bəlkə də, daha böyük uğur arzu edirdilər, amma çata bilmədilər. Elə ağılsız sözlər danışırlar ki... Deyə bilərsən ki, sizə qarşı vəfasızam. Səni yoxlamamışam, gəlib-getməmişəm küsmüsən. Bu, sənin bədbəxtliyindir. Mən də ona xoşbəxtlik arzu edirəm".
Qeyd edək ki, sonuncu dəfə müğənni Natavan Həbibi "Söhbətsiz" proqramında R.Ayxan haqda bu sözləri işlətmişdi:
"Bizdə barışmaq söhbəti olmayıb. Bunlar son vaxtlar belə danışmağa başlayıblar. "W Trio" ona görə dağılıb ki, münasibətimiz pozulub. 2002-ci ildə elə dalaşmışıq ki, qrupumuz dağılıb. Siz hansı münasibətdən, dostluqdan danışırsınız? Vaqif Gərayzadə kimi şəxsiyyət bizə mane ola bilmədi. Mənə qarşı Röya və Elnarə tərəfindən elə şeylər olunub ki... İndi danışmayacam, amma vaxtı var. Biz artıq işləyə bilməzdik. Aramız tamamilə pozulmuşdu. Sonuncu toya gedəndə düşmən kimi getmişik. Eyni səhnədə bir-birimizə nifrət edə-edə oxumuşuq.
Onlara görə söhbət ciddi deyildi. Ancaq mənim şəxsi həyatımı alt-üst etdilər. Bunlar deyiblər, hamı elə bilir ki, özündən razıyam. Amma nə var, nə yox? Kim neyləyib? Nəyə görə belə cavab vermişəm, nələr olub? Bunu bilən yoxdu. Görürəm ki, yavaş-yavaş danışmaq lazımdı. Çünki çox oldular. Hərəsi böyük-böyük danışır. Bilirəm ki, kim nəyə layiqdir, nəyə qadirdir, qabında nə var. Kim peşəkardır, kim təsadüfən bu səhnəyə düşüb? Əgər biz peşəkarlığa görə mükafat alırıqsa, gəlin peşəkarlıqdan söhbət edək. Ötəri "Yaxşı mahnıları var" deməyək, danışmırıqsa, biz də təbrik etdik, sevindik...".(axşam.az)

Şou Biznes       Tarix: 10 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

"Hər həftə bir ev alırdım

Türkiyəli şoumen Mehmet Ali Erbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib. Sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşkunun yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərin


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son durum valyuta mezennesi sosial yardim kriminal