Keçmiş məcburi köçkünlərin bəzilərinə təqaüd verilə bilər

Keçmiş məcburi köçkünlərin bəzilərinə təqaüd verilə bilər"Gələn ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakinin məskunlaşması gözlənilir. Keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə peşə təhsilinə daha fəal cəlb edilməsini və onlara büdcə hesabına təqaüdün verilməsini təklif edirəm".
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin dünən keçirilən iclasında deyib.
Bəs görəsən, keçmiş məcburi köçkünlərin məskunlaşmamışdan öncə peşə təhsilinə daha fəal cəlb edilməsinin və onlara büdcə hesabına təqaüdün verilməsinin mahiyyəti nədir?
Bu təklif reallaşacağı təqdirdə, keçmiş məcburi köçkünlər üçün üstünlük nə olacaq?
İqtisadçı deputat Vüqar Bayramov mövzu ilə bağlı Oxu.Az-a danışıb.
Deputat təklifinin mahiyyətini belə izah edib:
"Yeni dəyişikliyə əsasən, keçmiş məcburi köçkünlər öz ata yurdlarına qayıtdıqdan sonra, peşə təhsili xərcləri dövlət hesabına qarşılanacaq. Məskunlaşmış keçmiş məcburi köçkün peşə təhsili almaq istəyirsə, o zaman həmin şəxs hər hansı bir ödəniş etmədən peşə təhsili almaq imkanına malik olacaq. Nəzərə almalıyıq ki, məşğulluq vacibdir. Məşğulluqda isə peşə təhsili önəmlidir.
Milli Məclisdəki təklifim ondan ibarətdir ki, keçmiş məcburi köçkünlər məskunlaşmamışdan öncə müvəqqəti yaşadıqları ərazilərdə peşə təhsili almaq istəyirlərsə, onların xərcinin dövlət büdcəsi hesabına ödənilməsi ilə yanaşı, həm də onlara təqaüdlər verilsin. Yəni onlar peşə təhsili aldıqları müddətdə təqaüd almaq imkanına malik olsunlar. Bu, keçmiş məcburi köçkünlərin peşə təhsili almasına stimullaşdıra bilər. Beləliklə, həmin şəxslər öz ata-baba yurdlarına təhsilli formada qayıda bilərlər. Bu da onların məskunlaşmadan sonra sürətli formada işlə təminatına xüsusi təkan verə bilər. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oxşar praktika var. Bu zaman minimum əməkhaqqının 50 faiz həcmində təqaüdlər verilir. Hazırda bu rəqəm 200 manatdır. Oxşar praktikanı Elm və Təhsil Nazirliyinin xətti ilə keçmiş məcburi köçkünlər üçün reallaşdırmaq olar". / azxeber.com

Sosial       Tarix: 05 mart 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun xəbərlər.com bugun xeberler son xeber 2026