Keçmiş məhkumdan 2 kq-dan çox narkotik vasitə götürüldü
Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nzirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər Mingəçevir şəhər sakini, məhkum olunmuş Ceyhun Qurbanov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan bir bükümdə narkotik vasitə olan heroin və kibrit qutusunda 7,61 qram qurudulmuş marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq C.Qurbanovun yaşadığı evə də baxış keçirilib. Oradan 21,284 qram heroin və sellofan torbada 2 kq 155 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.



Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ
Azercell və Samsung-dan yeni kampaniya
Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatdı
Leandro Andrade "Qarabağ"dan GETDİ
Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik etdi - Foto
Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
Uqandada hərbçilər televiziya kanallarının yayımını dayandırdılar
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur
Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal
Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."
Babək rayonunda ağır qəza - Üç nəfər xəsarət alıb - FOTO
Əhvalım çox pisdir - Ofeliya Sənani
Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?
Tezliklə maaşlar artırıla bilər – ŞAD XƏBƏR