Kəlbəcərdə minaya düşərək xəsarət alan mükli vətəndaşların son durumu açıqlandı
Dekabrın 14-də Kəlbəcərdə baş verən mina partlayışı zamanı xəsarət alan 3 nəfər (mülki vətəndaşlar olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər.
Bu barədə azxeber.com-un sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dekabrın 15-i saat 05:10 radələrində xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib: "Hazırda onlardan birinin müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam edir. Vəziyyəti stabildir, sabah əməliyyat edilməsi nəzərdə tutulub. Xəsarət alan şəxslərdən ikisinin müalicəsinə isə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada davam edilir. Vəziyyətləri stabildir. Xəsarət alanların diaqnozları sağ baldır sümüyünün və daban sümüyünün sınığı olub".
Qeyd edək ki, dünən Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var