Kəmalə Ağazadə: Yüngül həyat tərzi sürən qız yoxdur, onun gördüyü mühit var - VİDEO

Kəmalə Ağazadə: Yüngül həyat tərzi sürən qız yoxdur, onun gördüyü mühit var - VİDEOazxeber.com-un "Uğurlu qadın" layihəsinin qonağı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadədir.  
 

- Kəmalə xanım, layihəmiz "Uğurlu qadın" adlanır. Özünüzü uğurlu qadın hesab edirsinizmi?
- Siz bu layihənin adını mənə deyəndə, bildirdim ki, mən uğurlu layihə üzərində çalışan qadın ola bilərəm. Əgər sohbət fərddən gedirsə, uğurlu qadından çox vətəndaş cəmiyyətində bir rolu olan, Qeyri Hökumət Təşkilatının rəhbəri, ictimayyətdə aktiv olan bir xanımam. Bəlkə də bunu uğur hesab eləmək olar. Mən bu gün uğurlu anayam, uğurlu nənəyəm, mələklərimin - onların deyimi ilə desək "maması, xalası, atasıyam". Nəzərə alsaq ki, mənim kimi uğurlu qadınlar saat 10-dan tez evə getmirlər, demək orada uğur yoxdur. Evə gedəndə ailə üzvləri arasında müəyyən qədər küsülülük, inciklik də olur. Ancaq  ümumilikdə bütün uğursuzluqlarımla birlikdə uğurlu qadınam.
- Cəmiyyətdə hər kəsin tanıdığı Kəmalə Ağazadənin, heç kəsin bilmədiyi hansı xüsusiyyəti var?
- Onu yəqin ki, məni tanıyanlar deyə bilər. Həmçinin məni kənardan görüb, mənim haqqımda fikir formalaşdıranlar deyə bilər. Mənə müraciət edərkən ehtiyatla davranırlar ki, "olar bir söz deyim?" O zaman mən düşünürəm ki, o insan mənim ona verəcəyim kobud cavabdan ehtiyat edir. Zəhmimin olduğunu düşünənlər var. Ancaq əslində mən zəhmli biri deyiləm. Mən güclü görünə bilənəm.
- Amma güclü deyilsiniz?
- Mən güclü görünə bilərəm. Ancaq hər birimizin gücsüz olduğumuz vaxt da olur. Bu yaşla, yorğunluqla da əlaqəli ola bilər. Bəzən çarəsiz vəziyyətdən çıxış yolunu tapa bilməyəndə, insan gücsüzlüyünü hiss edir. Gücsüzlüyüm ailə, məişət qayğıları ilə əlaqəli deyil. Sığınacağın qapısından uşaq girəndə onun gözlərinə baxmaq, onun başına gələn hekayəsini eşitdikdə, onun "mən gedəcəm hə?, mən sabah gedəcəm" suallarına verəcəyim cavabı düşünərkən onun qarşısında gücsüz qalıram. O zaman reabilitasiya keçən, özlərini güclü hiss edən uşaqlara sarılıram.
- Bəzən cəmiyyətdə baş verən hadisələrə sosial şəbəkə vasitəsilə sərt cavab verirsiniz və həmin hadisə haqqında yazdığınız statuslara aidiyyatı qurumaları işarələyirsiniz. Düşünmürsüz ki, həmin qurumların "sevilməyən" simasına çevrilərsiniz?
- Ümumiyyətlə, çalışıram ki, işarələdiyim qurumlar niyə onları işarələdiyimi bilsinlər. Ən çox işarələdiyim dövlət qurumu Daxili İşlər Nazirliyidir və ən çox müsbət cavab aldığımız qurum da məhz DİN-dir. Sevdiyim xüsusiyyətləri ilə, paylaşdığım statusa ən gec bir saat sonra telefonuma "müraciətiniz qeydə alındı" mesajının gəəlməsidir. Digər qurumlarla bağlı hələ ki, qıcıqlar var. Eləsi olub ki, zəng edərək "bizi o işarələdiyin statusdan çıxar" deyənlər də olub. Vətəndaş cəmiyyətləri son illərdi hesablaşırlar və qəbul edirlər ki, vətəndaş cəmiyyətinin fəaliyyətini kölgədə qoymaq olmaz.  Xoşları gəlsə də, gəlməsə də onları işarələməyə davam edəcəm.
Kəmalə Ağazadə: Yüngül həyat tərzi sürən qız yoxdur, onun gördüyü mühit var - VİDEO- Valideynlərinin belə nazını çəkməyə ərindiyi uşaqların nazını çəkmək çətin deyil sizə?
- Bu işi mən tək görmürəm ki. Bu işi görən bir komanda var. Komanda üzvlərinin uşaqlara olan münasibəti, onları qarşılaması mənim üçün vacibdir. Elə bir gün olmayıb ki, uşaqlar gəlib mənə hər hansısa neqativ haqda məlumat versinlər. Onlar bilir ki, mənim qapım hər zaman onlara açıqdır. Nəsə neqativ hal olsa, gəlib mütləq deyəcəklər. Sadə bir misal deyim sizə, bizim sığınacaqda bütün işlər sığınacaq sakinləri arasında bölünüb. Sığınacaqda nə var, nə çatmır hamısını özləri bilir və lazım olan şeyləri mənə deyirlər. Kənardan heç bir müdaxilə yoxdur.
- "Sığınacaq cəmiyyətin dəhşətlərinin toplaşdığı yerdir" demisiniz. Hansı dəhşətli hadisələrin şahidi olmusunuz?
- Mən bunu hər zaman deyirəm, ancaq biz o dəhşətləri paylaşmırıq. Biz hər zaman xoşbəxtlik obrazı yaradırıq. Biz o uşaqları xoşbəxtliyə doğru aparmaq işini görürük, dəhşətləri içimizdə saxlayırıq. Sığınacağa gələn və özünü dərk edən uşağın ilk gecəsi dəhşətdir. 3 gün bundan qabaq valideynləri narkotik istifadəçisi olan 2 yaşlı körpə gətirmişdilər sığınacağa. Nənəsi "körpəyə mən baxa bilmirəm, qızımı xəstəxanaya yerləşdirməliyəm" deyirdi. O uşağın ağlamaq səsləri dəhşət idi. Həmin uşaq səhərə qədər içini çəkib dedi əməkdaşlarımız. Səhər artıq düzəldi. Çalışırıq ki, uşaqlar başlarına gələn dəhşətləri danışmasınlar. Onların bir cavabı var "atamla anam yola getmirdi, mən bura gəldim".
- Sizcə bəzi gənc qızlar niyə əxlaqsızlıq edirlər?
- Sizcə onlar etdiyini əxlaqsızlıq bilir? Məncə hər şey ailədən qaynaqlanır. Mənə bəzən köhnəfikirli deyirlər, ancaq bu belə deyil. Mən müasirfikirliyəm və qızların inkişafını çox istəyirəm. Ancaq mən bu gün bu müəssisənin başındayamsa, mənim üçün ən önəmli buradakı uşaqların tərbiyəsidir, təlimidir. Mən onların hər birinə saçlarına fikir vermələrini aşılamışam. Ancaq mən onlara sərt formada saç boyasından istifadə etməyə icazə vermərəm demirəm, mən onun nə qədər zərərli olduğunu aşılayıb, onları başa salmağa çalışıram. Yüngül həyat tərzi sürən qız yoxdur, onun gördüyü bir mühit var. Və qızların buna meyillənməsinin səbəbi diqqətdən kənarda qaldığı zaman və evdə müəyyən davranışları təkrarlamaq üçün heç bir uşaq, yüngül həyat tərzi sürmək arzusunda deyil. Onlar sevgi, qayğı, diqqət istəyirlər. Bu gün qızların istəklərini çılpaq formada nümayiş etməsinə səbəb sosial şəbəkə, televiziyada o qədər bu şeylərin təbliğatı gedir ki, onlar da buna normal baxır. Seriallara baxır və görür ki, ana atanı saymır, adam yerinə qoyan yoxdur, ana istədiyi kimi ailəni fırladır. Bunların hamısı şüuraltı təbliğatdan qaynaqlanır və qızlar o vəziyyətə gəlib çıxır.
- O qızları islah edə bilirsinizmi?
- Həyat tərzini islah etmək mümkün deyil. Bunun üçün münbit şərait yaradılmalıdır. İlk olaraq onu qeyd edim ki, bu cür həyat tərzini seçənlərlə çox yaxşı münasibətim var. Onun həyat tərzinə heç  nə edə bilərəm, nə də onu dəyişə bilmərəm. Misal deyim sizə: "Bir qadın mənə dedi ki, götür mənim həyatımı yaz. Yaz ki, mən evimizdən çıxdım. Heç bir təhsil almadım. Peşə də öyrətmədilər. Bir gün qabyuyan işlədim, iki gün xadimə işlədim, üçüncü gün mənə dedilər ki, bu gözəlliklə niyə xadimə işləyirsən? Bu gözəlliyini qab yuyaraq gizlədirsən. Nəticə olaraq gizlətdiyim gözəlliyi önə çıxardım. Biri də dedi gəl, mən sənin başının tacı olacam. Və beləliklə o "taclar" o qədər çox oldu ki, uşaqlarımı necə saxlayacağımı bilmədim. Başıma qoyulan "taclardan" neçə övladım oldu.
- Ana müqəddəs varlıqdır. Bu fikirlə razısınız?
- Orada deyilməyib ki, bioloji anadan söhbət gedir. Ana müqəddəsdir düzdür, ancaq o adı daşıyan, varlığı ilə hiss edən analar bəli müqəddəsdir.
Kəmalə Ağazadə: Yüngül həyat tərzi sürən qız yoxdur, onun gördüyü mühit var - VİDEO- Bu qədər neqativlər həyat tərzinizə necə təsir edir?
- Bu mənim həyat tərzimdir. Buna mən iş kimi baxmıram. Mən əgər səhər saat 8-dən işimlə məşğul olmağa başlayıb, gecə saat 12-yə qədər davam edirəmsə və yuxu saatında belə gələn zəngi qəbul edib istiqamətləndirirəmsə demək bu bir həyat tərzidir. Bu neqativlər səhhətə çox təsir edir. Neqativi aradan qaldıran gülüşlərdir.
- Şəxsi həyatınıza vaxt ayıra bilirsiniz?
- Şəxsi həyatıma vaxt ayırmaq üçün arada dava-dalaş düşür. Ən çox da anamla mübahisəmiz düşür. Oğlum artıq mənim bu həyat tərzimi qəbul edib. Nəvələrimə çox vaxt ayırmaq istəyirəm, ancaq bunu axşam edə bilirəm. Mən evə gedəndə onlar yatmış olur, ancaq bir dəfə öpüb, qoxlamaq da bəs edir bəzən.
- Qadınlarımıza nə məsləhət görərdiniz...
- Qadınlarımızın güclü görünmələrini yox, güclü olmalarını istəyirəm. Güclü olmağın yolu təhsildən, əxlaqdan keçir. Ən əsası səbirli olsunlar.
 
Günel Hüseynli,
Töhfə Səmədova

Sosial     Baxılıb: 570   Tarix: 08 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 14,9 dollar artaraq 4 644,5 dollar təşkil edib. KONKRET.azxəbər verir ki, gümüş isə 2,4 dollar artaraq 76,43 dollara bərabər olub

Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə 8 vaqon gübrə Ermənistana göndəriləcək. Bu barədə  -a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınmas

Həyət evində yaşanların nəzərinə! - Bunu etməyin 600 manat cəriməsi var

Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Lənkəranda 36 yaşlı kişi bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndindəki çayxanada baş verib. Belə ki, şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı kənd sakini, 42 yaşl

​"WhatsApp" ödənişli oldu - Məbləğ

"WhatsApp" istifadəçilər üçün yeni ödənişli funksiyanı istifadəyə verib. xəbər verir ki, Meta şirkəti "WhatsApp Plus" adlı abunə paketini test etməyə başlayıb. Məlumata görə, bu paket istifadəçilərə əlav

Ucar Təhsil Sektoruna yeni rəhbər təyin olundu

Ucar Təhsil Sektorunda vakant olan müdir vəzifəsinə yeni müvəqqəti rəhbər təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, bu vəzifəyə Məhəmmədov İsmayıl Həsən oğlu gətirilib. O, bundan sonra Ucar Təhsil Sektorunu

Goranboyda yeniyetmə qatarın üzərində faciəvi şəkildə öldü

Goranboy rayonunda yeniyetmə elektrik cərəyanı vurması nəticəsində ölüb. xəbər verir ki, hadisə rayonun Dəliməmmədli şəhərində, dəmiryol vağzalında baş verib. İlkin ehtimala görə, qatarın üzərinə çıxan 2014-cü il təvəllüdl

Yağışa görə bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetm

Azərbaycanda da pensiya yaşı 60 olacaq? - AÇIQLAMA

Azərbaycanda aktual məsələlərdən biri olan pensiya sistemi ilə bağlı müzakirələr davam edir. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar müzakirə zamanı pensiya sistemində problemlərin olduğunu mövcudluğu və bu istiqamətdə müxtəli


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən yeni xəbərlər oxu.az xeberler xeber.az 2026 en son xəbərlər bugün