Kəmərköy İES-i fəaliyyətini dayandırdı
Şiddətli yanğınlar Türkiyənin Muğla vilayətinin Milas rayonunda yerləşən Kəmərköy İstilik Elektrik Stansiyasına yaxınlaşması yerli əhalidə böyük çaşqınlıq yaradıb.
Publika.az xəbər verir ki, sahil limanına toplaşan insanların təxliyəsini başlanılıb. Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri əhalinin təxliyəsini təmin edib.
Qeyd edək ki, şiddətli yanğınla Kəmərköy Milas İstilik Elektrik Stansiyasına yaxınlaşıb. İES-də partlayış yarada biləcək və digər təhlükə risklərinin qarşısını almaq üçün onun ətrafında xəndəklər qazılıb.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb ki, təhlükəsizlik tədbirləri məqsədilə stansiyanın fəaliyyəti dayandırılıb və işçi heyət təxliyə olunub.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə hərəkət edəcək 3-cü yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 1 ədəd "BE-200ÇS" tipli amfibiya təyyarəsi və 150 nəfər yanğınsöndürən daxildir.
Bundan əvvəl gələn qüvvələr Muğla vilayətində fəaliyyət göstərir.
Avqustun 4-də Azərbaycan yanğın-xilasetmə birlikləri əvvəlki günlərdə olduğu kimi böyük fədakarlıq göstəriblər.

ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı