Kənan Quluzadə: "Ağdamın Baş Planına uyğun olaraq onun işgüzar turizm imkanları dəyərləndirilir
Kənan Quluzadə: "Ağdamın Baş Planına uyğun olaraq onun işgüzar turizm imkanları dəyərləndirilir"
"Ağdamın turizm potensialı genişdir və şəhərin Baş Planına uyğun olaraq bu potensialın işgüzar turizm imkanları dəyərləndirilir".
Bunu "Report"a açıqlamasında ölkə başçısının ötən gün Ağdama səfəri zamanı "Park Forest Otel Ağdam" hotelinin təməlqoymasında iştirakını və regionun turizm potensialından maksimum istifadə imkanları ilə bağlı məsələləri şərh edən Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.
"Əlbəttə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı genişdir və turizm infrastrukturunun qurulması bu potensialdan istifadə edilməsi üçün bir zərurətdir", - deyə K.Quluzadə bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə turizm marşrutları, turizm məhsulları, turizm infrastrukturu və s. yaradılır və yaradılacaq:
"Bu ərazilərin turistik destinasiya kimi dəyərləndirilməsi üçün çox böyük maraq var. Bizim xaricdə keçirdiyimiz tanıtım tədbirlərində də böyük marağı görürük. Bu həm turizm potensialının istifadəsidir, həm yeni iş yerlərinin açılması, həm də oxşar layihələrin həyata keçirilməsidir. Bu isə təbii ki, gələcəkdə regionun inkişaf etməsini təmin edən bir istiqamətdir".
K.Quluzadə hesab edir ki, hazırda görülən işlər böyük planın ilkin addımlarıdır:
"Artıq bilirsiniz ki, işğaldan azad edilmiş Şuşada hotellər inşa edilərək təhvil verilib. Ağdamda isə hotelin təməlqoyması baş tutdu. Əlbəttə ki, digər regionlarda da dövlət və özəl investisiyaları cəlb etməklə hotellər tikiləcək. O cümlədən həm turistik potensialın yüksək olduğu yerlərdə, həm də loqistik mərkəzlərdə yerləşdirmə obyektləri kimi tikiləcək. Bu davamlı bir prosesdir. Biz indi bunun başlanğıcındayıq. Şəhərlərin, regionların baş planlarına uyğun olaraq belə hotellərin tikilməsi nəzərdə tutulur".
DTA rəsmisi Ağdamda əsasən işgüzar turizm potensialının genişləndirilməsi imkanlarının olduğunu da qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdama səfər edib. Səfər zamanı ölkə başçısı bir sıra obyektlərin, həmçinin "Park Forest Otel Ağdam" mehmanxanasının təməlqoymasında iştirak edib. /oxu.az

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?