Kənd təsərrüfatı məhsulları UCUZLAŞACAQ - ƏTRAFLI

Kənd təsərrüfatı məhsulları UCUZLAŞACAQ - ƏTRAFLI</p> 
 <p>Azərbaycan hökuməti hazırda qeyri-neft sektorunun inkişaf bazalarından biri kimi aqrar-sənaye sektoruna daha böyük üstünlük verir. Ümumiyyətlə dünya iqtisadiyyatında aqrar sektorun modernləşdirilməsi başlıca prinsiplərdəndir.
Ölkəmizdə aqrar texnoparkların (aqropark) yaradılması dövlətin əsas hədəflərindəndir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirir, ixrac edilən məhsulların istehsalını artırır. Aqroparklar dövlət tərəfindən vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanırlar. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da əhəmiyyətli rol oynayır.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyətə malik aqroparkların yaradılması rayonların iqtisadi imkanlarını artırmaqla yanaşı, yeni iş yerlərinin yaranmasına da səbəb olur.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin təməlində iqtisadiyyatın şaxələndiliməsi əsas prioritetdir.
"Belə ki, qeyri neft sektorun inkişafında yanaşmalar dəyişilmiş və daha effektiv sahələrin formalaşdırılması siyasətinə üstünlük verilmişdir. Bu effektiv fəaliyyət sahələrində Sənaye parkları, sənaye məhlələri və Aqroparklar da cəmləşir. Aqroparklar ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında və kənd təsərrüfatı məhsullarının qiymətlərinin aşağı düşməsində əsas rol oynayır. Bu istehsal sahələri özündə bir çox istehsal sahələrini cəmləşdirməklə kompleks tədbilərin həyata keçirilməsinə imkan verir", deyə o, əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycanda ümümiyyətlə 32 rayonda 240 min hektar ərazidə 51 aqroparkın yaradılması nəzərdə tutulub.
"Artıq 44 aqropark fəaliyyətə başlamış və bu istehsal zonaları bitkiçilik, heyvandarlıq və emal sənayesi sahələri özündə cəmləşdirir. Aqroparkların yaradılmasına xüsusi dövlət güzəştləri tətbiq olunur. Texnoloji avadanlıqlarının, yeni heyvan cinslərinin və bitki sortalrının idxalını vergilərdən azad olunmaqla, güzəştli kreditlər, subsidiyalar verilməklə və digər güzəştləri əhatə olunmaqla çox geniş şəkildə güzəştlər tətbiq olunaraq investorların stimullaşdırılması aparılır.
Aqroparkların yaradılması ölkədə işsizlik probleminin aradan qalxmasına da töhfə verir. Belə ki, bu gün aqroparklarda 5 minə yaxın daimi və 5 mindən çox mövsümü iş yerləri yaradılıb. Gələcəkdə aqroparklar şəbəkəsi genişləndikcə yaranacaq iş yerlərinin əhatə dairəsi də çox genişlənəcəkdir.
Aqropark şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə də genişlənməkdədir. Çünki bu ərazilərin geniş aqropotensialı var. Bu aqropotensialdan səmərəli istifadə etməklə ölkədə ərzaq təhlükəsizliyini daha möhkəmləndirmək və qeyri neft ixarcımızı daha da artırmaq mükündür. Belə ki, Zəngilanda Azərbaycan Türkiyə ilə birlikdə "Dost Aqroparkı" yaradılır. Hətta dövlət başçılarımız "Dost Aqroparkı"n birinci mərhələsinin açılışını da edib. Bu aqroparkda istehsal olunan məhsullar "Made in Karabakh" brendi adı altında buraxılacaq. Burda istehsal olunmuş mallar dünya bazarına daxil olunduqca yeni Qarabağ brendi ilə dünya ictimaiyyəti tanış olacaqdır və 30 il Ermənistanın əsarətində olaraq məhv edilmiş ərazilərin dirçəldiyinə və bu ərazilərə Azərbaycanın yeni ruh qaytardığına əmin olacaqlar. İşğaldan azad olunmuş ərazilərdə aqroparkların yaradılması həm də bu ərazilərə qayıdacaq keçmiş məcburi köçkünlər üçün iş yerləri deməkdir. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarında işləyib ailələrini dolandırmaqla firavan həyatlarına davam etdirəcəklər", – deyə o qeyd edib.
Mənbə: Trend

Sosial       Tarix: 12 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


yeni xeberler azerbaycan xeberleri son xeberler hava durumu siyaseti xeberler bugun bu gunun xeberleri xabar az