Kənd yasda - 7 qadın dəfn edilir - FOTO

Kənd yasda - 7 qadın dəfn edilir - FOTODünən saat 15:20 radələrində Lerikin Günəşli kəndi yaxınlığında baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən 8 qadının cənazəsi ailələrinə təhvil verilib.
KONKRET.az xəbər verir ki, xəstəxanalarda aparılan tanınma prosesinin və ekspertizadan sonra gecə saatlarında onların nəşi yaxınlarına təhvil verilib. Vəfat edən qadınlardan biri Saray Axundova artıq Lənkəranın Boladi kəndində dəfn edilib. Bu gün kənd qəbiristanlığında Boladi kənd sakini olan daha 6 qadın dəfn ediləcək.
Boladi kənd Bələdiyyəsinin sədri Salman Dadaşov "Qafqazinfo"ya bildirib ki, artıq dəfn prosesi ilə bağlı bütün hazırlıq işləri görülüb.
Qəzada vəfat edən sərnişinlərdən Xəlilova Dilarə İslam qızı sürücü Səyyad Səyyadovun baldızı olub. Sürücünün həyat yoldaşı Zəhra Səyyadovanın vəziyyəti isə ağır qiymətləndirilir. Bundan başqa qəzada vəfat edən Təcrübə Ağayeva və Səmayə Rzayeva bacı olub.
Kənd yasda - 7 qadın dəfn edilir - FOTOOnu da əlavə edək ki, ilkin məlumata görə, qəzaya uğrayan mikroavtobus təhlükəsizlik standartlarına cavab verməyib. Çünki adətən əvvəllər xarici ölkələrdə yük maşını kimi istifadə edilmiş bu tipli nəqliyyat vasitələri daha sonra mikroavtobus modelinə uyğunlaşdırılır.
Qeyd edək ki, Lerikin Zuvand kəndi yaxınlığındakı "Baba ocağı" ziyarətgahından qayıdan Lənkəran sakinlərinin olduğu mikroravtobusun sürücünün idarəetməsindən çıxaraq betona çırpılması və daha sonra aşması nəticəsində Boladi kənd sakinləri: Həşimova Sərvər Əhməd qızı, Axundova Saray İslam qızı, Ağayeva Təcrübə Ağababa qızı, Cəfərova Güldəstə Məmmədağa qızı, Rzayeva Səmayə Ağababa qızı, Rəhimova Nazxanım İsabala qızı, Tahirova Zərnitac İslam qızı və Göyşaban kənd sakini Dilarə Xəlilova vəfat edib. Sürücü və avtobusun sərnişini olan daha 7 qadın xəstəxanalara yerləşdirilib. Onlardan sürücünün vəziyyətinin nisbətən yaxşı olduğu bildirilir. Digər yaralılar reanimasiya şöbəsində müalicə olunur.
Kənd yasda - 7 qadın dəfn edilir - FOTOKənd yasda - 7 qadın dəfn edilir - FOTOKənd yasda - 7 qadın dəfn edilir - FOTOKənd yasda - 7 qadın dəfn edilir - FOTO

Hadisə       Tarix: 05 sentyabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Milyarderin oğlu dayanacaqda öldürüldü – FOTO

Yaponiyalı milyarder, SFCG maliyyə korporasiyasının qurucusu Kenşin Oşimanın oğlu Yoşihito Oşima Laosun paytaxtı Vyentyanda güllələnərək öldürülüb. -a istinadən xəbər verir ki, laoslu fəal Cozef Akaravonqun sözlərinə görə

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun az xeber cəbhədən video cəbhədən xəbərlər