Kənd yumurtası ucuzlaşdı - Alıcılar sevinir, fermerlər isə... - Ekspert səbəblərdən DANIŞDI
Azərbaycanda yumurta qiymətləri son aylarda əhəmiyyətli dərəcədə ucuzlaşıb. Əvvəllər 16–17 qəpiyə satılan yumurtalar hazırda iri ticarət şəbəkələrində 10–12 qəpiyə, bəzi hallarda isə 6–9 qəpiyə təklif olunur. Bu, orta hesabla 45–50% ucuzlaşma deməkdir. Kənd yumurtalarının da qiyməti bir xeyli aşağı düşüb. Qiymətlərin bu qədər enməsi ən çox alıcıların üzünü güldürür. Maraqlıdır, kənd yumurtasının qiymətində son zamanlar müşahidə olunan ucuzlaşmanın əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Liberal iqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a deyib ki, yaz aylarında kənd toyuqları daha çox yumurta verir, bu da bazarda məhsul bolluğuna səbəb olur.
"Hal-hazırda yaz aylarıdır. Kənd yumurtasının ucuzlaşmasının əsas səbəbi yumurtanın bolluğu ilə əlaqəlidir. Kənd həyətlərində toyuq saxlanılır. Yaz aylarında da toyuqların yumurtalama vaxtıdır. Ona görə də, bazarlarda təklif çoxalıb. Təklif çoxalanda da kənd yumurtasının qiyməti aşağı düşür."
İqtisadçı hal- hazırda Beyləqan rayonunda olduğunu və burada yumurtanın qiymətləri ilə maraqlandığını bildirib:
"Beyləqan rayonunda kənd yumurtasının qiyməti çox aşağıdır. Burada kənd yumurtası alıcılara 10-12 qəpiyə təklif olunur."
Aynurə İsmayıl
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
Qeyri-qida malları ilə bağlı YENİ QAYDA