Kəşbek faizləri azalır – Ləğv olunacaq?

Kəşbek faizləri azalır – Ləğv olunacaq?Azərbaycanda hazırda kart alan zaman ən çox diqqət yetirilən məqamlardan biri də kəşbek faizləridir. Kəşbeklərin çoxluğu müştərini həmin banka daha çox cəlb edir. Banklar da biri digərindən daha çox kəşbek verməyə çalışırdılar. Son zamanlar bəzi bankların kəşbek faizləri aşağı düşüb. Bu nə ilə əlaqədardır? İrəliləyən zamanlarda kəşbeklərin tamamilə ləğv olunması ehtimalı varmı?
KONKRET.az xəbər verir ki, bu barədə Valyuta.az-a danışan "FINANCE MASTERS GROUP" şirkətinin təsisçisi və baş direktoru, maliyyə və bank eksperti Xəyal Məmmədli bildirib ki, "ƏDV geri al"dan fərqli olaraq, kəşbek dövlət layihəsi deyil.
Bu vəsait bankların özlərinin və ticarət nöqtələrinin vəsaiti hesabına müştərilərə qaytarılan bir bonus kimi qiymətləndirilə bilər:
"Banklar bundan müştəri qazanmaq üçün istifadə edirlər və buna görə də onun məbləğinin artması, azalması bankların yeni müştəri cəlb etmə istəyi, mövcud müştərilərin bankda saxlanması istəkləri ilə bağlıdır. Necə ki, bankda likvidliyin idarə olunması zamanı vəsait çatışmazlığı yaranan zaman əmanət faizləri yüksəldilir, likvidlik problemi olmayan, vəsait artıqlığı yaranan zamanda banklar əmanət fazilərini resurs cəlbi üçün müştərilərə verilən vəsaitin miqdarının azaltmağa başlayırlar. Kəşbeklər də bunun kimi, yəni, hansısa bir dövrdə bankda kəşbek məbləği çox olubsa və bunun məbləği azaldılıbsa, demək həmin banklar kifayət qədər müştəri toplayıb və həmin müştərilərlə davam etmək istəyir.
Ekspert kəşbeklərin azalmasının başqa səbələrindən də danışıb:
"Bankın bazardakı rəqabət məsələsi də burada öz rolunu oynaya bilir. Əgər, rəqib banklar o qədər də yüksək kəşbek vermirlərsə, bank da bunu ona uyğunlaşdırır. Daha çox müştəri cəlb etmək fikri olan banklar yenə də yüksək kəşbek verməkdə davam edə bilərlər. Amma onun bazar payı onu qane edirsə, strateji hədəflərinə uyğundursa, bu zaman o da kəşbek faizləri ilə bağlı olan siyasətini bazara uyğunlaşdırır".
X.Məmmədli qeyd edib ki, qarşıdakı dövrlərdə kəşbeklər ləğv oluna da bilər, olunmaya da bilər:
"Kəşbek o qədər də vacib bank funksiyası deyil. Kart sahiblərinə kartın qalığına gəlir hesablanması metodu da var. Banklar bundan da istifadə edə bilər, kəşbeklərdən də istifadə edə bilər ki, müştərilərinə motivasiya versin. Kəşbeklərin ləğv olunma ehtimalı azdır. Artıq bu bazarda popular istifadə olunan formadır. Amma müəyyən zaman keçdikdən sonra yeni trendlər, bazarda yeni alətlər yarana bilər, kəşbeklərin ləğv olunması ehtimalı da var".

Sosial       Tarix: 15 fevral 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler son.xeber kriminal en son xeberler