Kəşfiyyat işğal planının xəritəsini yaydı: Rusiya 175 minlik ordu ilə HÜCUM EDƏCƏK
ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya 175 minlik orduyla hücuma hazırlaşdığını açıqlayıb. Bildirilib ki, Ukrayna sərhədinə də 50 taktiki bölmə yerləşdirilib, yazdan bu yana yığılma iki dəfə artıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Amerika kəşfiyyatının "Vaşinqton Post" qəzetinə sızdırdığı sənəddə Rusiya ordusunun gələn ilin əvvəlindən etibarən Ukraynaya müxtəlif cəbhələrdən hücuma keçəcəyi iddia edilib.
Rus qüvvələrinin tutacaqları mövqelərinin yer aldığı sənəddə Rusiyanın 175 minlik qüvvəsi ilə Ukraynanı işğal etməyə cəhd edəcəyi deyilib.
Sənəddə iddia olunur ki, yeni artilleriya və atıcı texnikalarla yanaşı, 50 taktiki bölmə Rusiya tərəfindən Ukrayna sərhədinə yaxın bir neçə nöqtəyə yerləşdirilib.
Ukrayna Rusiyanın sərhədə 94 min hərbçi yerləşdirdiyini iddia edərkən, ABŞ kəşfiyyatının sənədi taktiki batalyonlardakı hərbçilərin ümumi sayının 70 min civarında olduğunu, yaxın gələcəkdə bu rəqəmin 175 minə çatacağını və Moskvadanın intensiv şəkildə bölgəyə hərbi qüvvələr göndərdiyi bildirilib.
Kəşfiyyat sənədində Rusiyanın bu addımı "işğala hazırlıq" adlandırılıb, rus ordusunun işğalı sürətləndirmək üçün digər addımları atacağı iddia edilib.
"Vaşinqton Post"a açıqlama verən bir dövlət rəsmisi bildirib ki, hazırda Rusiyanın bölgədəki hərbi qüvvələrinin sayı yazdakından iki dəfə çoxdur.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək