Kəşfiyyat şefi pandemiyanın ortaya çıxma səbəbini açıqladı: yarasa koronaviruslarını analiz edəndə...
Koronavirus Çində yanlış aparılan sınaq prosesi nəticəsində yayılıb.
Publika.az xəbər verir ki, bu iddia Böyük Britaniyanın xarici kəşfiyyat xidməti MI6-nın sabiq rəisi Riçard Dirlov tərəfindən səsləndirilib.
"Teleqraf" qəzetinin "Planet Normal" yayımına qatılan Dirlov bildirib ki, çinli elm adamları yarasa koronavirusları üzərində sınaq həyata keçirərkən virusun yayılmasına səbəb olub: "Bunun qəza nəticəsində başladığını düşünürəm. Bu bir sualı meydana gətirir: əgər Çin məsuliyyəti qəbul etsəydi, kompensasiya ödəyəcəkdi?".
Sabiq kəşfiyyat şefi iddiasını Norveç və İngiltərənin bir qrup elm adamının pandemiyaya dair araşdırması ilə dəstəkləyib. Araşdırmada SARS-CoV-2-nin səthində virusun insan hüceyrələri ilə təmas etməsinə şərait yaradan bölümlər yerləşdirildiyi ortaya çıxıb. Virusun xüsusilə hazırlandığı variantı müdafiə edən araşdırmaçılar bu səbəbdən infeksiyanı "Uhan virusu" adlandırıblar.
Qəzet isə bu iddiaya şübhə ilə yanaşıb. Belə ki, araşdırmanın Frensis Krik İnstitutu və London İmperial Kolleci tərəfindən təkzib olunduğunu bildirib. "Nature" və "Virologiya Jurnalı"nın isə araşdırma məqaləsini yayımlamağı tövsiyə etmədiyi vurğulanıb.
Qeyd edək ki, Riçard Dirlov 1999-2004-cü illərdə kəşfiyyat rəisi işləyib.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi