Kılıçdaroğludan ilk AÇIQLAMA
"Demokratiya uğrunda mübarizəmizi davam etdirəcəyik".
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident seçkilərinə namizəd olan, CHP lideri Kamal Kılıçdaroğlu mətbuat konfransı zamanı bildirib.
"Nəticələrə görə, mayın 28-də keçirilən prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,10 faiz səslə qalib gəlib. Demokratiya uğrunda mübarizəmizi davam etdirəcəyik. Mən qardaşam, dostam, oğulam, dayıyam, ilk növbədə bu torpağın adamıyam. Qanun uğrunda hər zaman mübarizə aparmışam ki, heç kim bir-birindən inciməsin. Sizdən bir xahişim var. Özünüz, övladlarınız, təqaüdçüləriniz, analarınız, atalarınız, əkinçiləriniz, biznesmenləriniz üçün demokratiya uğrunda mübarizəyə dəstək olun. Bütün vətəndaşlarıma ürəkdən təşəkkürümü bildirirəm. Hamınıza hörmətim var. Burdayam, yoluma davam edirəm və mübarizədən imtina etməyəcəm", – deyə Kılıçdaroğlu bildirib.
Qeyd edək ki, bu gün Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunun hazırda olan nəticələrinə əsasən Rəcəb Tayyib Ərdoğan qalibdir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi