Kim Çen Inın bacısı ABŞ-ı HƏDƏLƏDİ
Kim Çen Inın bacısı ABŞ-ı hədələyib.
KONKRET.az xəbər verir ki, onun bəyanatını bazar ertəsi TsTAK xəbər agentliyi yayıb.
KXDR liderinin bacısı Kim Yo Conq ABŞ-ın Sakit Okeana raket buraxılışlarını intensivləşdirməklə bağlı hərəkətlərinə cavab olaraq Pxenyanın Sakit okeanda raket buraxılışlarını artırmaqla hədələyib.
Məlumata görə, Koreya bu istiqamətdə son dərəcə nadir hallarda raket buraxır.
Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin departament rəhbərinin müavini Kim Yo Conq deyib:
"Bu yaxınlarda Koreya yarımadasında Amerika qoşunlarının strateji zərbə silahlarının hərəkəti aktivləşib. Pxenyan KXDR-in təhlükəsizliyinə təsirini diqqətlə nəzərdən keçirir və müvafiq cavab tədbirləri görəcək.
Sakit okeandan sınaq meydançamız kimi istifadə tezliyi ABŞ qoşunlarının hərəkətlərinin xarakterindən asılıdır".
O, Pxenyanın "vəziyyəti gərginləşdirən fanatiklər"dən hesab çəkəcəyini əmin edib.
Qeyd edək ki, Şimali Koreyanın buraxdığı raket sonuncu dəfə ötən il oktyabrın 4-də Yaponiya üzərindən uçaraq Sakit okeana düşüb. Bundan əvvəl Pxenyan bu cür sınaqları yalnız 2017-ci ilin sentyabrında keçirib.
Ötən il KXDR tərəfindən raket buraxılışlarının sayına görə rekord il olub, 37 buraxılışda 70-dən çox raket iştirak edib. Şimali Koreya bu il də aktiv raket sınaqlarını davam etdirir.
Belə ki, fevralın 18-də Pxenyan Yaponiyanın eksklüziv iqtisadi zonasına, Hokkaydo adasının şimalından 200 km qərbə düşən qitələrarası ballistik "Hvason-1" raketini buraxıb.
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir