Kimlər gəldi, kimlər getdi?' - 2024-cü ildə itirdiyimiz məşhurlar

Kimlər gəldi, kimlər getdi?' - 2024-cü ildə itirdiyimiz məşhurlar2025-ci ili qarşılamağa sayılı günlər qalıb. 
2024-cü ildə ölkəmizin tarixində iz qoyan bir çox önəmli hadisələrlə yanaşı, itirdiyimiz sənət adamları da xeyli saydadır.
Kimisi uzun sürən xəstəlikdən, kimisi gözlənilmədən gözlərini əbədi olaraq bu dünyaya yumdu. 
azxeber.com 2024-cü ildə dünyasını dəyişmiş məşhurların siyahısını oxuculara təqdim edir:
2024-cü ilin əvvəlində itirdiyimiz ilk sənətkar Əməkdar artist Aygün Bəylər oldu. O, uzun sürən xəstəlikdən sonra Türkiyədə malicə aldığı xəstəxanada vəfat edib. Nəşi vətənə gətirilən sənətkar Suraxanı qəbristanlığında dəfn olunub.

Daha bir ağır xəstəlikdən itirdiyimiz sənətçi Əməkdar artist Gülbahar Şükürlüdür. O, 2024-cü ilin yanvarında 62 yaşında vəfat edib. Qarmon ifaçısı uzun müddət xərçəngdən əziyyət çəkib.

"Sehrli xalat" filmində baş rolun – Rəşid obrazının ifaçısı Azər Qurbanov da yanvarda itirdiyimiz tanınmışlardandır. Ömrünün son 30 ilini ABŞ-da yaşayan Azər Qurbanov ağır xəstəlikdən nəticəsində dünyasını dəyişib.

Tanınmış müğənni, Əməkdar artist Sahibə Əhmədova mart ayında vəfat edib. İfaçı xərçəng xəstəliyindən dünyasını dəyişib. Müğənni "Şah İsmayıl" operasında Ərəbzəngi rolunun əvəzsiz ifaçısı kimi şöhrət qazanıb. O bir zamanlar oxuduğu muğam və xalq mahnıları ilə məşhurlaşmışdı.

Hər kəsi qəhərə boğan daha bir acı xəbər də Əməkdar artist Cavanşir Məmmədovdan gəldi. O, bu ilin aprelində gözlənilmədən dünyasını dəyişdi. Verilən açıqlamada müğənninin ölümünə səbəb kimi ürəktutması göstərilib.

Meyxana dünyası da bu il gənc ifaçılarının vaxtsız gedişi ilə sarsıldı.
Mahnıları dillər əzbəri olan tanınmış meyxanaçı Elnur Valeh bu ilin iyulunda vəfat edib. Meyxanaçı uzun müddət şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkirdi.
Kimlər gəldi, kimlər getdi?' - 2024-cü ildə itirdiyimiz məşhurlarBir çox sevilən rollara həyat verən aktrisa Naibə Əlibəyova da bu ilin martında itirdiyimiz məşhurlardandır. O, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib və müalicə almasına baxmayaraq dünysını dəyişib.
Kimlər gəldi, kimlər getdi?' - 2024-cü ildə itirdiyimiz məşhurlarUzun müddətdir ürəkçatışmazlığından əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli də dekabr ayında itirdiyimiz məşhurlardandır. Bütün sənət dünyasının kömək əlini uzatdığı meyxanaçı, bütün səylərə baxmayaraq həyata tutuna bilmədi və 44 yaşında dünyasını dəyişdi.
Kimlər gəldi, kimlər getdi?' - 2024-cü ildə itirdiyimiz məşhurlarAysel Hacızadə

Şou Biznes       Tarix: 24 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə


yeni xeberler azerbaycan xeberleri son xeberler bugun xeberler dunyada son xeberler kriminal bugun bugunun xeberleri