Kimlər pensiyaya daha tez çıxa bilər?

Kimlər pensiyaya daha tez çıxa bilər?Pensiya yaşında işləmək istəyənlər olduğu kimi, erkən dövrdə pensiyaya çıxmağı arzulayanlar da var. Müəyyən sahələrdə çalışanların digərlərindən daha tez pensiyaya çıxmaq hüququ var. Söhbət güzəştli şərtlərlə pensiya almaqdan gedir.
KONKRET.az "Qafqazinfo"nun məlumatına görə, əmək pensiyaları haqqında qanuna əsasən, aşağıdakı sahələrdə çalışan şəxslərin güzəştli pensiya almaq hüququ mövcuddur:
– Axırıncı iş yerindən asılı olmayaraq, Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıda (Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı) nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların pensiya yaşı 5 il azaldılmaqla;
– Hipovizqanizm xəstəliyinə tutulan şəxslərin (liliputların) və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin azı 5 il sığorta stajı olduqda pensiya yaş həddi 20 il azaldılmaqla;
– Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda pensiya yaş həddi 15 il azaldılmaqla;
Kimlər pensiyaya daha tez çıxa bilər?– Prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçilərinin;
– Yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin;
– Hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların;
– Hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin;
– Hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərin;
Kimlər pensiyaya daha tez çıxa bilər?– Hərbi xidmət müddəti 15 il və daha çox olmaqla, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçuların;
– Ədliyyə, miqrasiya və fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan şəxslərin.
Bundan başqa, 5 və daha çox uşaq dünyaya gətirib, övladlığa və ya qəyyumluğa götürüb onları 8 yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Eyni zamanda, əlilliyi müəyyən edilmiş uşağını 8 yaşınadək tərbiyə etmiş anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ mövcuddur.
Həmçinin ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı və ya əlilliyi olan uşağını növbəti nikah bağlamadan, təkbaşına 8 yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına 8 yaşınadək böyüdən ataların, eyni zamanda, 5 və daha çox uşağı 8 yaşınadək böyüdən qəyyum kişilərin bu yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Kimlər pensiyaya daha tez çıxa bilər?Qeyd edək ki, hazırda pensiya yaşı həddi kişilərdə 65 il, qadınlarda isə 63 il 6 aydır. Beləliklə, yaş həddi müvafiq göstəriciyə uyğun azaldıldıqda, bu rəqəmdən çıxılmaqla müəyyən olunur.
Şəxsin güzəştli şərtlərlə pensiyaya çıxması onun gözlənilən pensiya ödənişi müddətinə təsir etmir. Yəni, şəxs 60 və ya daha erkən yaşda pensiyaya çıxmasına baxmayaraq, ona da digərləri kimi 12 il (144 ay) pensiya ödənilməsi nəzərdə tutulur. Lakin ölkə üzrə orta ömür müddətini (77 yaş) nəzərə alanda, belə şəxslərin daha çox müddətdə (ən azı 16 il) pensiya aldıqlarını demək mümkündür.

Sosial       Tarix: 20 fevral 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az azerbaycan son xeber bugun enson xeberler cəbhədən son məlumatlar