Kişineuda Anım Günü ilə bağlı tədbir keçirildi

Kişineuda Anım Günü ilə bağlı tədbir keçirildiÖlkəmizin Moldovadakı səfirliyində Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) ilə birgə 27 sentyabr - Azərbaycan Respublikasında Anım Gününə həsr edilmiş tədbir keçirilib.
Səfirlikdən Publika.az-a bildiriblər ki, tədbirdə Kişineu şəhər merinin müavini Olqa Ursu, Moldovanın Millətlərarası Əlaqələr Agentliyinin rəhbəri Vera Petuhov, Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensüer, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkədə fəaliyyət göstərən yəhudi, qaqauz, rus və digər diaspor təşkilatlarının rəhbərləri və üzvləri, yerli və xarici tələbələr, media nümayəndələri və həmvətənlərimiz iştirak ediblər.
İlk növbədə, tədbir iştirakçıları tərəfindən səfirliyin önündə yeni yaradılmış bağçada Anım Gününə həsr edilmiş guşəyə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov 30 il əvvəl ermənilər tərəfindən ölkəmizdəki siyasi qeyri-sabitlikdən istifadə edilərək Azərbaycan ərazisinin 20 faizini qanunsuz olaraq işğal etdiyini, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə sabitliyin bərqərar olduğunu və onun layiqli davamçısı Prezident İlham Əliyev sayəsində Azərbaycanın güclü və regionun lider ölkələrindən birinə çevrildiyini bildirib. Səfir qeyd edib ki, ötən ilin bu günündən başlayaraq 44 gün ərzində şanlı Azərbaycan Ordusu, əsgər və zabitlərimiz Vətən naminə qəhrəmanlıq nümayiş etdirib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edib. O, BMT-nin məlum qətnamələrinin Azərbaycan tərəfindən təkbaşına təmin edildiyini və bununla da, beynəlxalq ədalətin bərpa olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Səfir Vətən müharibəsi günlərində Azərbaycan xalqının vətənpərvərlik, həmrəylik və birlik nümayiş etdirdiyini vurğulayıb. Çıxışının sonunda Q.Osmanov Moldova Respublikasının rəhbərliyinə Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyinə görə təşəkkürünü bildirib.
Tədbirdə Moldovanın Millətlərarası Əlaqələr Agentliyinin direktoru Vera Petuxov çıxış edərək Azərbaycan xalqına dəstəyini bildirib və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizədə həyatını itirən şəhidlərimizə başsağlığı verib. Bu kimi tədbirlərin vacibliyini bildirən agentliyin direktoru səfirliyimiz və Moldovadakı Azərbaycanlılar Konqresi ilə sıx əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, tədbirdə Türkiyənin Moldovadakı səfiri Gürol Sökmensuer çıxış edərək ötən il Azərbaycan torpaqlarının azad edilməsi ilə haqqın bərqərar olduğunu qeyd edib, vətən yolunda canlarından keçmiş bütün şəhidlərə dərin ehtiramını bildirib. G.Sökmensuer "bir millət, iki dövlət" şüarı altında Türkiyənin qardaş Azərbaycan xalqının daim yanında olduğunu vurğulayıb.
Daha sonra Kişineu şəhər merinin müavini Olqa Ursu çıxışında Kişineu meriyası adından Vətən uğrunda döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib, qəhrəmanların qəlblərdə daim yaşadığını və Vətən uğrunda canlarından keçən igidlərin xatirəsini yad etməyin vacibliyini qeyd edib.
Sonda tədbirdə iştirak edən qonaqlara Vətən müharibəsinə dair broşürlər və "Xarıbülbül" xatirə nişanları paylanılıb. Qonaqlar xatirə kitabına ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizlə bağlı başsağlığı və ürək sözlərini yazıb.
Moldovada fəaliyyət göstərən diaspor təşkilatımız MAK tərəfindən Moldovanın dövlət qurumları və beynəlxalq təşkilatlara 27 sentyabr – Anım Gününə dair müraciət ünvanlanıb.
Anım tədbiri Moldovanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

İdman       Tarix: 29 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün