"Kişinyov görüşü anti-terror əməliyyatının həyata keçirilməsi üçün çox önəmlidir" - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moldovada görüş keçirəcək. Görüşdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron da iştirak edəcək.
Bəs, Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində keçiriləcək görüşdən hansı nəticələr gözlənilir?
Bununla bağlı azxeber.com-a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli görüşün önəmli olduğunu deyib:
"Bu dəfəki görüş iki ölkə rəhbərlərinin açıqlamaları ilə ələmatdardır. Azərbaycan rəhbəri Kişinyov görüşü öncəsi verdiyi mesajlarda daha çox Qarabağdakı separatçılarla bağlı mövqeyini gündəmə daşıdı.
Kişinyov görüşünün mövzusu kommunikasiyalar, növbəti dəfə sülh müqaviləsinin şərtlərinə yönəlik mövqeylərin yaxınlaşması, bu zamana qədər əldə olunan dividendlərin birdaha təsdiqlənməsi olacaq. Ancaq görüşdə yekun nəticənin əldə olunması çox tezdir.
Ermənistanın qeyri-səmimi davranışı, yenə müxtəlif masalarda əyləşmə ehtirası və Azərbaycana yönəlik xüsusən də Qarabağ istiqamətində hələ də təhrik edici təxribata səbəb olacaq addımlarda fəaliyyət göstərməsi bu prosesə zərbə vuran hallardandır".
Siyasi şərhçi hesab edir ki, Kişinyov görüşü Azərbaycanın Qarabağ separtçıları ilə bağlı anti-terror əməliyyatı həyata keçirməsi üçün çox önəmli mərhələdir:
"Çünki Azərbaycan Prezidentinin fikirləri məhz bu görüşdən sonra qətiləşəcək. Erməni ictimaiəti ilə dialoq mənasında üçüncü görüş olmayacaq. Ölkə başçısı separtaçılara həm Azərbaycanın hakimiyyətini qəbul edəcəkləri halda amnistiya verə biləcəyi ilə bağlı, həm də "Miatsum" və digər məsələlər üzərindən ciddi xəbərdarlıq edib".
Şəbnəm Zahir
Kurslar.az kurslar [newsid: 0-123300]

Qızılca ilə bağlı son vəziyyət açıqlandı
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Tramp İlham Əliyevdən sitat gətirdi
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı