Kliniki Tibbi Mərkəzdə yeni xidmət fəaliyyətə başladı
Kliniki Tibbi Mərkəzdə koronar angioqrafiya (anju) xidməti yenidən fəaliyyətə başlayıb.
Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.
Bu xidmət vasitəsi ilə ürək-damar xəstəliklərinin ağırlaşmasının, infarktın yaranmasının qarşısını almaq mümkündür.
Kardiologiyada qızıl standart hesab olunan bu müayinə üsulu koronar damarların müayinəsi, onlarda daralma, tıxanma və ya hansısa başqa anomaliyaların olduğunu aşkar etmək üçün aparılan metoddur. Bu üsulda əsasən damarlara kontrast maddə yeritməklə rentgen çəkilir. Kontrast maddənin damarlarda yayılması zamanı aşkar edilən maneələr isə aradan qaldırılır.
Koronar angioqrafiya stenokardiyalı, ürəyin işemik xəstəliyi olan xəstələrdə miokard infarktının ilk saatlarında və bəzi əməliyyatlar zamanı əməliyyatdan öncə hazırlıq məqsədilə aparılır. Eyni zamanda qapaq əməliyyatlarında, ritm pozğunluqları və hansısa ürək çatışmazlığı olan xəstələrdə səbəbi aşkar etmək üçün koronar angioqrafiyadan istifadə olunur.
Qeyd edək ki, koronar angioqrafiya xidməti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfində mövcuddur. Bu xidmətdən hər bir ölkə vətəndaşı ödənişsiz şəkildə yararlana bilər. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur