Klublardan AFFA-nın qərarına REAKSİYA

Klublardan AFFA-nın qərarına REAKSİYAAzərbaycan Premyer Liqasının son iki turunun həlledici oyunlarında əcnəbi VAR hakimlərindən istifadə olunacaq.
KONKRET.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev mətbuata açıqlamasında deyib.
XXXV turun "Sabah" – "Sumqayıt", "Səbail" – "Neftçi" və "Kəpəz" – "Zirə" matçlarında VAR sisteminə əcnəbi ədalət təmsilçiləri nəzarət edəcəklər.
Görəsən, avrokuboklar uğrunda mübarizə aparan dörd komanda – "Neftçi", "Sabah", "Sumqayıt" və "Zirə" bu qərardan razıdırmı?
Emin Əfəndi ("Neftçi"nin mətbuat katibi): "AFFA-nın mövqeyinə hörmətlə yanaşırıq. Bizim üçün hazırda əsas məqam odur ki, oyunlarda ədalətli və düzgün qərarlar qəbul olunsun".
Elnur Həmidov ("Sabah"ın mətbuat katibi): "Matça hakim təyinatlarını AFFA Hakimlər Komitəsi həyata keçirir. Əlbəttə ki, biz də "Sabah" futbol klubu olaraq qərara hörmətlə yanaşırıq".
Zaur Xudiyev ("Sumqayıt"ın mətbuat katibi): "Bizim üçün hakimin haradan olması önəm kəsb etmir. Meydana çıxıb öz oyunumuzu nümayiş etdirəcəyik. AFFA və PFL bununla bağlı qərar veribsə, klub olaraq bununla birmənalı şəkildə razılaşırıq".
Elmar Abdullazadə ("Zirə"nin mətbuat katibi): "VAR-da olan hakimlərin yerli və ya əcnəbi olmasının bizim üçün fərqi yoxdur. Əsas odur ki, verilən qərarlar doğru olsun və ciddi səhvlər olmasın".
Qeyd edək ki, mövsümün başa çatmasına son 2 tur qalmış avrokuboklar uğrunda mübarizə aparan "Sumqayıt" 54 xalla 2-ci, "Neftçi" 53 xalla 3-cü, 52 xala malik "Zirə" və "Sabah" isə 4-5-ci pillələri bölüşürlər.

İdman       Tarix: 18 may 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az 2026 en son xəbərlər bugün xəbərlər.com xeberlər