Klublarımız bu xəbərə sevinəcək - UEFA-dan 244 milyon
UEFA 2024 – 2028-ci illərdə milli komandalara futbolçu göndərən klublara ümumilikdə 244 milyon avro paylayacaq.
KONKRET.azTeleqraf-a istinadən xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin İspaniyanın Bilbao şəhərindəki iclasında qəbul olunub.
Müvafiq məbləğ Avropa Klublar Assosiasiyası (ECA) ilə qarşılıqlı razılaşma əsasında ayrılıb.
Əslində bu vəsaitin həcmi 240 milyon avro olmalı idi. Lakin əvvəlki seçmə tsiklin bölgüsündən 7 milyon avro da qalıb. Bu vəsaitin 3 milyon avrosu ECA-nın təklifi əsasında qadınlar arasında 2025-ci il Avropa çempionatında futbolçu ilə təmsil olunan klublar üçün güzəşt proqramındakı 6 milyon avroluq vəsaitə əlavə ediləcək. Nəticədə qadın futboluna ayrılan həmin məbləğ 9 milyon avroya çatdırılacaq.
Qalan 4 milyon avro isə 240 milyon avronun üzərinə gələcək.
Beləliklə, 244 milyon avroluq yekun məbləğin 104 milyon avrosu UEFA Millətlər Liqasında 2024/2025 və 2026/2027 mövsümlərindəki oyunları, eləcə də 2026 – 2028-ci illərdə keçiriləcək seçmə matçları əhatə edəcək. 140 milyon avroluq hissə isə Avro-2028-ə oyunçu göndərən klublar arasında bölüşdürüləcək.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?