Koçaryan: "Hökumətə qarşı mübarizəmizi davam etdirəcəyik"
"Biz hökumətin saxtakarlıqlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Sizi əmin edirəm ki, bütün saxtakarlıqlar üzə çıxarılacaq və ifşa olunacaq".
Publika.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, baş nazir Nikol Paşinyanın əsas rəqiblərindən olan Robert Koçaryan deyib.
Eks-prezidentin sözlərinə görə, qanunsuz olaraq həbs edilən müxalifət fəallarının azadlığa çıxması üçün əllərindən gələni edəcəklər: "Müxalifətin fəallarından olan Armen Çarçyan, Mxitar Zakaryan və Artur Sarkisyan azadlığa buraxıldı. Biz buna öz gücümüzlə nail olduq. Əvvəldən bəlli idi ki, onlar hazırkı hakimiyyət zülmünün qurbanlarıdır. Onların həbsi açıq-aşkar qanunsuzluq idi. Hətta hüquqdan xəbəri olmayanlar bilir ki, indi ölkədə prokurorlar və bəzi hakimlər kimə işləyir. Bu üç şəxsin azadlığa çıxmasına nail olmaqla biz mütəşəkkil və savadlı mübarizənin nəticəsini gördük. Eyni zamanda, hökumətin qanunsuzluq və özbaşınalıq zəncirini qırdıq".
Tural Turan

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var