Komediya ustası Rusiyada "xarici agentlər" siyahısına salındı
Moskvanın Taqanski Rayon Məhkəməsi komediya ustası Ruslan Belını "Xarici agentlər haqqında" qanunvericiliyi pozduğuna görə 30 min rubl məbləğində cərimələyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə paytaxt məhkəmələrinin mətbuat xidməti öz "Telegram" kanalında məlumat yayıb.
Qeyd edək ki, Ruslan Belının adı Rusiya Ədliyyə Nazirliyi tərəfindən 2023-cü il sentyabrın 1-də xarici agentlər siyahısına daxil edilib.
Nazirlik iddia edir ki, o, Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxıb və Rusiya Federasiyası Silahlı Qüvvələrinin mənfi imicini yaratmağa yönəlmiş fəaliyyətlər həyata keçirib.
Həmin ilin oktyabrında komediya ustası Ədliyyə Nazirliyinə qarşı məhkəmə iddası qaldıraraq xarici agent statusunun götürülməsini tələb edib. Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi noyabrda tələbi rədd edib.
Xatirə SADİQ,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
"Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb - "Euronews"
Yeddi nəfərə qarşı 80 min manatlıq dələduzluq edilib
Ağdamda traktor minaya düşdü