Komitə sədri tanınmış jurnalisti təbrik etdi – FOTOLAR
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, millət vəkili Fazil Mustafa "Aktor.az" xəbər saytının təsisçisi və "Xalq Cəbhəsi" qəzetinin redaktoru, tanınmış jurnalist Telman İsanı (Məmmədov) 50 illik əlamətdar yubileyi ilə bağlı təbrik məktubu göndərib.
azxeber.com aktor.az-a istinadən Komitə sədrinin təbrikini olduğu kimi diqqətə çatdırır:
"Hörmətli Telman müəllim, Sizi – tanınmış Azərbaycan jurnalistini 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yaradıcı və ictimai fəaliyyətinizdə sizə yeni uğurlar diləyirəm!
Siz müxtəlif televiziya və qəzetlərdə, ictimai qurumlarda uzunmüddətli, səmərəli fəaliyyət özkeçmişinə maliksiniz.
2005-2013-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Analitik Proqramlar Departamentinin direktor müavini olarkən, müxtəlif verilişlərin müəllifi, aparıcısı olmusunuz. – "Odlar yurdu: Azərbaycan" telekörpüsü, "Gerçəyin özü" və b. verilişlər buna örnək göstərilə bilər.
2013-2016-cı illərdə "Axar.az" xəbər saytının redaktoru, həmçinin "Kaspi" qəzetinin rus redaksiyasında şərhçi olmusunuz. Hazırda "Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini, "Miqrasiya Əməkdaşlıq Platforması" İşçi Qrupunun rəhbəri, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı olmaqla yanaşı, jurnalist fəaliyyətinizi də davam etdirirsiniz. 2016-cı ildə qurduğunuz "Aktor.az" xəbər saytına rəhbərlik etməklə birgə, həmçinin "Xalq Cəbhəsi" qəzetinin redaktoru, "AXC TV" internet televiziyasının "Azad meydan" verilişinin aparıcısısınız.
Jurnalistika sahəsində səmərəli fəaliyyətinizə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 15 iyul tarixli Sərəncamı ilə "Tərəqqi" medalına, habelə bir sıra ictimai ödüllərə layiq görülmüsünüz.
Sizi yaradıcılıq uğurlarınız və əlamətdar yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm!
Sayğılarla, Komitə sədri Fazil MUSTAFA!"
Qeyd edək ki, Telman İsa 5 mart 1974-cü ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olub.






Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı
Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi
DÇ-2026: Avstriya İordaniyanı məğlub etdi
Metroda dəhşətli anlar - Azyaşlı uşaq yıxıldı
Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb
İçərisində 189 nəfər olan təyyarə qəza siqnalından sonra radardan itdi
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
DÇ-2026: Kanadadan 6 qollu qələbə
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Azərbaycanlı gənc Qara dənizdə boğuldu