Kompensasiya məsələsində razılıq əldə olunması, siyasi dialoqun effektivliyinin göstəricisidir' - Deputat

Kompensasiya məsələsində razılıq əldə olunması, siyasi dialoqun effektivliyinin göstəricisidir' - Deputat"AZAL təyyarə qəzası ilə bağlı kompensasiya məsələsinin həlli yalnız texniki və hüquqi prosedur kimi deyil, eyni zamanda dövlətlərarası münasibətlərin mahiyyətini və siyasi iradənin real təsir gücünü ortaya qoyan mühüm hadisə kimi qiymətləndirilməlidir". 
Bunu azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. 
Kompensasiya məsələsində razılıq əldə olunması, siyasi dialoqun effektivliyinin göstəricisidir' - DeputatO bildirib ki, kompensasiya məsələsində razılıq əldə olunması, siyasi dialoqun effektivliyinin göstəricisidir:
"9 oktyabr 2025-ci il tarixində Düşənbə şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası prezidentləri arasında keçirilmiş görüşdə əldə olunan anlaşma, 25 dekabr 2024-cü ildə baş vermiş faciənin nəticələrinin aradan qaldırılması istiqamətində həlledici mərhələni təşkil edir. Həmin anlaşmaya əsasən, Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompensasiya məsələsində razılıq əldə olunması, siyasi dialoqun effektivliyini bir daha təsdiqləyir.
Bu proses göstərdi ki, ən mürəkkəb və həssas məsələlər belə qarşılıqlı hörmətə, konstruktiv dialoqa və siyasi iradəyə əsaslandıqda öz həllini tapa bilir. Azərbaycan və Rusiya arasında mövcud olan dialoq platforması çərçivəsində əldə olunan nəticə, regionda sabitliyin və qarşılıqlı etimadın qorunması baxımından da mühüm əhəmiyyət daşıyır".
Parlamentari vurğulayıb ki, Azərbaycan faciənin ilk anlarından etibarən qətiyyətli mövqe sərgilədi:
"Azərbaycan dövləti faciənin ilk anlarından etibarən qətiyyətli və prinsipial mövqe nümayiş etdirərək məsələyə sistemli yanaşma sərgilədi. Bu yanaşmanın mərkəzində isə ədalətin təmin olunması, məsuliyyətin konkret şəkildə müəyyənləşdirilməsi və prosesin tam şəffaflıq prinsipi əsasında aparılması dayanırdı. Qəzanın səbəblərinin obyektiv və hərtərəfli araşdırılması, ictimaiyyətin dolğun məlumatlandırılması, həmçinin təqsirli tərəfin məsuliyyətinin birmənalı şəkildə təsbit edilməsi Azərbaycanın irəli sürdüyü əsas tələblər kimi formalaşdı. Bu məsələ Azərbaycan Respublikasının Prezidentinin birbaşa nəzarəti, güclü siyasi iradəsi və strateji baxışı əsasında idarə olunub. Dövlət başçısının prinsipial mövqeyi Azərbaycanın milli maraqlarının müdafiəsində heç bir güzəştə yol verilməyəcəyini açıq şəkildə nümayiş etdirdi. Nəticə etibarilə, Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanaraq və ardıcıl diplomatik səylər göstərərək kompensasiya məsələsinin ədalətli və layiqli həllinə nail oldu".
Deputar qeyd edib ki, kompensasiya mexanizmi mənəvi məsuliyyəti də özündə ehtiva edir:
"Qəza nəticəsində zərər çəkmiş şəxslərin taleyi isə bütün proses boyu diqqət mərkəzində saxlanıldı. Qəbul edilmiş kompensasiya mexanizmi yalnız hüquqi çərçivə ilə məhdudlaşmayaraq, insan amilini, sosial ədaləti və mənəvi məsuliyyəti də özündə ehtiva edir. Bu yanaşma dövlətin öz vətəndaşlarına olan məsuliyyətinin real ifadəsi kimi çıxış edir. Əldə olunmuş nəticə Azərbaycanın milli maraqlarını qətiyyətlə və güzəştsiz şəkildə qorumağa qadir olduğunu bir daha təsdiqləyir. Eyni zamanda, bu hadisə dövlətin öz vətəndaşlarının hüquqlarını ən yüksək səviyyədə müdafiə etmək əzmini və potensialını nümayiş etdirir. Beləliklə, AZAL təyyarə qəzası ilə bağlı kompensasiya məsələsinin həlli Azərbaycanın məsuliyyətli, prinsipial və konstruktiv siyasətinin bariz nümunəsidir. Bu yanaşma təkcə konkret bir hadisənin nəticələrinin aradan qaldırılması ilə məhdudlaşmır, həm də dövlətlərarası münasibətlərdə ədalət, hüquq və qarşılıqlı hörmət prinsiplərinin təmin olunmasının mümkünlüyünü praktik şəkildə sübut edir".
Şahanə Ziyad

Siyasi       Tarix: 16 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər xeber az oxu.az xeberler sonxəbərlər