Konfrans Liqasında final günüdür
Bu gün UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.
KONKRET.azxəbər verir ki, həlledici görüşdə İspaniyanın "Betis" və İngiltərənin "Çelsi" klubları qarşılaşacaq.Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutacaq görüşü Bosniya və Herseqovinadan olan referi İrfan Palto idarə edəcək.
Hər iki komanda finalda ilk dəfə iştirak edəcəklər. 2021/2022 mövsümündən etibarən təşkil olunan UEFA Konfrans Liqasında indiyə qədər üç komanda – "Roma" (İtaliya, 2021/2022), "Vest Hem" (İngiltərə, 2022/2023) və "Olimpiakos" (Yunanıstan, 2023/2024 ) qızıl medalları qazanıb.
Ən çox finala çıxan komanda isə İtaliya təmsilçisi "Fiorentina"dır. Florensiya klubu iki dəfə (2022/2023, 2023/2024) həlledici matçda oynamaq imkanı əldə etsə də, çempionluq sevinci yaşaya bilməyib.
Turnirin tarixində ən çox qol vuran futbolçu Artur Kabraldır. Hazırda Portuqaliyanın "Benfika" klubunun formasını geyinən braziliyalı hücumçu 21 qolla bombardirlər siyahısına başçılıq edir.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?