Konqres Baydenin Kiyevə köməklə bağlı sorğusunun üzərində işləyir
ABŞ qanunvericiləri ABŞ prezidenti Cozef Baydenin Ukraynaya yardım üçün əlavə vəsait ayrılması üçün göndərdiyi sorğu üzərində işləyirlər.
KONKRET.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Kiyevə səfəri ilə bağlı yaydığı bəyanatda deyilir.
Demokratlar Partiyasını təmsil edən və ABŞ hökumət iyerarxiyasında üçüncü ən yüksək vəzifəyə sahib olan Pelosi, günün əvvəlində bir qrup ABŞ qanunvericisi ilə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
"Nümayəndə heyəti Ukrayna tərəfini əmin edib ki, Amerikanın əlavə dəstəyi artıq yoldadır. Konqresmenlər ABŞ Prezidenti Cozef Baydenin əhəmiyyətli maliyyə tələbinin qanunvericilik təşəbbüsləri paketinə çevrilməsini təmin etmək üçün çalışırlar. Kiyevə səfərim ABŞ-ın Ukraynanı güclü şəkildə dəstəklədiyini nümayiş etdirmək idi", – Pelosinin açıqlamasında bildirilib.
Qeyd edək ki, ABŞ lideri Konqresdən təhlükəsizlik, iqtisadi və humanitar sahələrdə Ukraynaya dəstək üçün əlavə 33 milyard ABŞ dolları tələb edib.//Report
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi