Könül Xasıyeva Zaur Kamalı polisə verdi - QALMAQAL
Xalq artisti Könül Xasıyeva teleaparıcı Zaur Kamalı polisə verib.
Buna səbəb Z.Kamalın ARB-də yayımlanan "Həmin Zaur" ("Səni deyirlər" rubrikası) verilişində işlətdiyi ifadələr olub.
Aparıcı efirdə bildirib ki, K.Xasıyeva vaxtilə Bakıda tək qalmamaq üçün anasını öz yanına, evinə gətirib. Bu isə valideynlərinin ayrılmasına səbəb olub.
Efirdən bir ildən çox vaxt keçəndən sonra K.Xasıyeva həmin ifadələri əsas götürərək Z.Kamalı polisə şikayət edib.
Bakı şəhər Baş Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma başlayıb və Z.Kamal İdarəyə dəvət olunaraq dindirilib.
Aparıcı vurğulayıb ki, həmin fikirləri Bakupost.az-da yayımlanan müsahibəsi əsasında deyib.
Həmçinin, müsahibənin müəllifi jurnalist Günel Musa da baş verənlərdən sonra bu gün Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub.
Qeyd edək ki, müsahibədə K. Xasıyeva "Bu gün valideynlərinizin hər ikisi dünyasını dəyişib. İndi onlardan ən çox hansı üçün darıxırsınız?" sualını belə cavablandırıb:
- Həmişə anamı atamdan qoruduğum üçün mənə elə gəlirdi, anamı atamdan çox istəyirəm. Ancaq atam dünyasını dəyişəndən sonra başa düşdüm ki, mən ən çox atam üçün darıxıram. Yadıma gəlir, Bakıda ev-eşik edəndən sonra anamı atamın əlindən alıb yanıma gətirdim. Atamdan ayırdım onu. Gedəndə atama dedim ki, necə ki, evlənməmişdən qabaq anamın arxasınca sürünüb gəlib-getmisən, əgər anamı gəlib o məhəbbətlə aparacaqsansa, verəcəm onu sənə. Yox elə olmayacaqsa, anamı sənə verməyəcəm. Get evlən. O ev də daxil hər şey sənin olsun". / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Naxçıvanda avtomobil piyadanı vurdu