Könüllülər və gənclər təşkilatları Qarabağda ekoloji təcavüzə qarşı aksiyaya dəstək verirlər - FOTOLAR
Laçın-Xankəndi yolunun Rusiya sülhməramlılarının nəzarətində olan bir hissəsində azərbaycanlı eko-aktivistlər və vətəndaş cəmiyyəti üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyasına Azərbaycan könüllüləri və gənclər də qoşulub.
Bu barədə azxeber.com-a Azərbaycan Könüllü Təşkilatları İttifaqından məlumat verilib.
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdə təbii sərvətlərimizin qeyri-qanuni yolla istismarı və talanması, bununla təbiətə və ekologiyaya ciddi xələl gətirilməsinə haqlı olaraq etiraz edən ekoloji fəallara dəstək olan könüllü gənclər "Ekoloji terrora son", "Rusiya sülhməramlıları ekoloji terrora göz yumur", "Sülhməramlılar öz missiyasını düzgün yerinə yetirməlidir", "Gənclər ekoloji təcavüzü dayandırmağı tələb edir" kimi şüarlar səsləndirərək dünya ictimaiyyətinin diqqətini baş verən bu qanunsuzluqlara göz yummamağa çağırıblar.
Onlar digər nümayişçilər kimi Rusiya sülhməramlılarının komandanının aksiya iştirakçılarının önünə çıxıb hesabat verməsini, əvvəl razılaşdırıldığı kimi Azərbaycanın ekspertlərinin sülhməramlıların nəzarət etdiyi ərazilərdə monitorinq aparmasına şərait yaradılmasını, sülhməramlıların öz vəzifə səlahiyyətlərini aşmamasını və qanunsuz hərəkətlərin iştirakçılarına çevrilməməsini tələb ediblər.
Könüllü gənclər qanuni tələblərinin yerinə yetirilməsinədək aksiyaya davam etmək niyyətindədirlər.






Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var