"Koronavirus bədəndə bir fırtına yaradır, hətta intihara sövq edir" - Azərbaycanlı professordan xəstəlik və müalicə barədə ŞOK DETALLAR

"Koronavirus bədəndə bir fırtına yaradır, hətta intihara sövq edir" - Azərbaycanlı professordan xəstəlik və müalicə barədə ŞOK DETALLARAmerika "MİR" Humanitar Tibbi Cəmiyyətinin direktoru, Almaniya "Beynəlxalq Humanitar Tibbi Yardım" Təşkilatının Azərbaycan üzrə rəhbəri, hazırda Almaniyada çalışan professor Ağabəy Azərbaycani yeni növ koronavirusun təzə aşkar olunan simptomları, müalicəsi barədə xüsusi tövsiyyələrini təqdim edir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu məlumatlar Avropa və Amerika institutlarında təsdiqlənib.
Koronavirus bir fırtına yaradır!
COVID 19 - gördüyümüz, bildiyimiz sadə proteinli bir virusdur. Artıq 200 ölkədə yayılıb və yayıldıqca da dəyişir, yeni-yeni simptomlar meydana gətirməsi ilə diqqət çəkir.
Daha əvvəlki məqaləmdə göstərmişdim ki, koronavirus burun, ağciyərlər, böyrəklərdə özünə yer edir və o orqanları zədələyir.
Bu gün isə daha çox orqana keçdiyini demək olar. Məsələn, balaca uşaqlarda ayaqlarının altında koronavirusun simptomunu aşkar ediblər. Soyuq havalarda ayaqyalın gəzərlərsə, ayaq altı və ovuclarında mor və qırmızı şişkinliklər əmələ gətirir. Bunun da tibbi adı "şaxta vuran barmaqlar sindromu"dur.
Müalicəsi və qorunması üçün əl və ayaqları isti tutmaq, isti vannalar etmək lazımdır.
İmmunitetin aşağı olması, vitamin və mineralların defisiti insanlar yaşlandıqca daha çox dərinləşir. Bədən, orqanizm mikrob və viruslarla lazım olduğu qədər mübarizə apara bilmir. Xəstə daha ağır vəziyyətə düşür, virusdan ölə də bilir.
Əvvəlcə düşünülürdü ki, yeni koronavirus ancaq yaşlı, xəstə insanlarda ağır keçir, bu da onlarda immunitetin çox zəifləməsi ilə bağlıdır. Amma indi bir çox ölkələrdə orta və gənc yaşda insanların yoluxma hallarının artmasının və cavanların da xəstəliyi ağır keçirməsinin şahidi olduq.
İnsan immun sistemində protein maddə tərkibli bir sitoken var. Sitoken bədənə virus, mikrob düşəndə çox sintez olunur və həmin mikrobu bədəndən çıxarmaq üçün çalışır. Koronavirusa yoluxduqda sistem normadan daha çox sitoken dövriyyəyə buraxır, nəticədə "Sitoken fırtınası" adlı sindrom baş verir. Məhz bu fırtına hüceyrələrə, toxumalara elə təsir edir ki, virusla birgə o hüceyrələrin özünün ölümü baş verir. Yəni bədəndə elə bir hücum prosesi başlayır ki, virusla yanaşı, digər tərəfdən hüceyrə və toxumaların özləri özlərini məhv etməsinə səbəb olur. Sitoken fırtınası da daha çox autoimmun xəstəlikləri olan, məsələn revmatizm, revmatoid artrit, bəzi xərçəng xəstələrində baş verir. Bu xəstələrdə immum sistemi hüceyrərini tanımır, ona görə sitoken fırtınası öz toxuma və hüceyrələrini öldürür.
Burda quş qripi H1N1 virusunu da xatırladım. 2006-cı ildə virus yayılıb, insanları öldürəndə eynilə xəstələrdə sitoken firtınası baş vermişdi. O zaman bu mövzu barədə Bakıda universitetdə dərs keçərək, tələbələrə məruzə etmişdim.
Eyni proses COVID-19 xəstələrində də gedir və ölümə səbəb olur. 80% xəstənin itirilməsində səbəbkar sitoken fırtınalarıdır.
Virus intihara təhrik edə bilir!
Koronavirus xəstələrinin ağciyərlərində sitoken fırtınası alveollarda - havacıqlarda su dolmasına və toxumaya sızmasına səbəb olur. Nəticədə xəstənin ağciyərləri maye ilə dolur, boğulma başlayır. Ona görə də bu xəstələri süni tənəffüs aparatına qoşsalar da, onları qarnı üstə, üzü üstdə yatırtmaq lazımdır. O zaman su diafraqmadan daha aşağı enir, xəstənin daha yaxşı nəfəs almasına kömək edir. Xəstə istər reanimasiyada normal vəziyyətdə oksigenə qoşulmuş olsun, istərsə də cihaza qoşulsun, onu mütləq qarnı üstə çevirmək laızmdır.
Virus digər orqanlara, məsələn ürəyə də keçib, ürək qapaqlarında hətta partlama, parçalanmaya da səbəb ola bilər. Böyrəklərin fəailiyyətini dayandıra bilər.
Eyni zamanda, virus beyin və onurğa iliyinə kimi gedə bilir, xəstələrdə nevroloji, sinir problemləri yaradır, periferik sinir sistemini pozur. Əvvəl baş ağrısı, müvazinət itirilməsi, hərəkətlərdə pozulma verir, ağır hallarda isə "Guillain Barre" sindromu yaradır. Ayaqlarda, əllərdə zəiflik, hərəkətsizlik, sonra da iflicə qədər gedib çıxır.
Beyinə və sinir sisteminə düşdükdə, xəstə hallüsinasiyalar görür. Bu hal intihara da səbəb ola bilər. Xəstəxanalarda koronavirusa yoluxan xəstələrin, həkimlərin intiharı da bunla bağlıdır. Bu insanın özündən asılı deyil.
Amerikada bir gənc həkim xanım təcili yardım şöbəsinin müdiri idi. Koronavirusa tutuldu və 5 gün sonra heç bir səbəb olmadan, baxmayaraq ki, heç süni tənəffüs aparatına qoşulmamışdı, intihar etdi. Ona görə xəstələrdə hallüsinasiya, xəyalət və tutmalar olur, ağır halda beyin infarktı verir.
Yaşımızdan asılı olmadan özümüzü və sağlamlığımızı qoruyub, immunitetimizi artırsaq, Allahın izni ilə koronavirus bizi məhv edə bilməz.
Peyvəndlə bədənə çip yeritmək cəfəngiyyatdır!
Bu virusun nə peyvəndi, nə də serumu bazara çıxarılmayıb. Buna görə yeganə qorunma yolu gigiyena, əlləri yumaq, maska taxmaq və məsafəni gözləməkdir. Nə qədər ki, peyvənd xəbəri gəlməyib, bunlara əməl etmək vacibdir ki, salamat qalaq.
Dünyada 200 ölkədə 6 milyarddan çox insan yaşayır. Koronavirus da 6 aydır dünyada gəzir və 250 min insan ölüb. Çox yerlərdə yoluxma, ölüm azalır. Növbəti 6 ayda 160 min insan da virusdan vəfat etsə, yoluxma daha da səngiyəcək. Qarşıdan da istilər gəlir, virus yayda, 25 dərəcədən yuxarı temperaturda çox yaşaya bilmir, az təsirli olur, bu da bir qədər vəziyyəti stabilləşdirə bilər. Amma yayda virus heç yerə getmir, itmir, ölmür. Sadəcə səthlərin üzərində qışdakı kimi çox qalmır. Yenə də hər kəs dediyim kimi qaydalara diqqətlə əməl etsə, yoluxmaz.
Əgər ölüm sayı azalarsa və növbəti 6 ayda bu virusdan lap 150 min də insan ölsə, buna görə dünya ölkələrini ciddi karantinlə iqtisadi böhran və aclıq durumuna salmağa ehtiyac yoxdur.
Virusun laboratoriyada süni formada yaradılıb, qəsdən yayılması kimi fikirlər də gülüncdür, inanmayın. Siz ehtiyatınızı tutun.
Peyvəndin hazırlanmasına isə az qalıb. Peyvənddən qorxmayın, insanın bədəninə çip yeridirlər, proqram salırlar kimi cəfəng fikirlərə uymayın. Birincisi, çip heç vaxt o kiçik mayedə, serumda ola bilməz, insana yeridilə bilməz. Hələ dünyada maye çip ixtira olunmayıb.
İkincisi, dünyada ən vacib nemət ömürdür, can sağlığıdır. Sən 100 yaşayandan sorna, sağlam olandan sonra lap 100 çip taxsınlar.
Məsləhət görürəm ki, peyvənd çıxsa, hər kəs vurdursun. Bu vaxta kimi dünyada ən ağır xəstəliklər, viruslar peyvəndlə azalmadımı? Çiçək xəstəliyini yadınıza salın. Peyvənd olmasaydı, indi insanlar uzun yaşamazdı, çoxu şikəst olardı.
Yeni müalicə və dərmanlar
Revmatizm, artrit xəstələrində virus sitoken fırtınası daha çox yaratdığı üçün bu xəstələr üçün nəzərdə tutulan, yəni hüceyrə və toxumanın özünü məhv etməsinin qarşısını almaq üçün tətbiq edilən dərmanlar koronavirus xəstələrinə də çox kömək edir.
Birinci dərman çox ucuzdur, hər yerdə də tapılır.
- HYDROXYCOLORQUIN
- KEVZARA (sarilumab)
- Astamera - bu dərmanın formulası (tacilzumab)
Bu dərmanlar sitoken fırtınası ilə mübarizə aparır.
Aşağıdakı dərmanlar isə virusun özünə təsir edir.
- Auronafin, digər adı Riduaura.
ABŞ-ın yeni çıxardığı antikoronavirus preparatı "REMDESIVIR" adlanır. Yaponiyanın istehsal etdiyi yeni dərman isə Favipiravir və ya Avigandır.
Bu dərmanları koronavirusa yoluxub, yüngül keçirənlərin qəbul etməsinə ehtiyac yoxdur, yalnız xəstələr ağırlaşanda qəbul etməlidirlər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 10 may 2020
f Paylaş

Oxşar xəbərlər

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 cebheden xeberler cəbhədən son vəziyyət son xeberler bugun