Koronavirus niyə məhv olmur? - Türkiyəli professor səbəbləri AÇIQLADI

Koronavirus niyə məhv olmur? - Türkiyəli professor səbəbləri AÇIQLADIKoronavirus dünyada, o cümlədən də ölkəmizdə yayılmaqda davam edir. Bu infeksiya hələ də tam nəzarət altına alınmayıb. Cəmiyyətdə koronavirusun yay aylarında daha az risk yaradacağına inam var. Ancaq, Covid-19 digər hava-damcı viruslarından fərqli xüsusiyyətlərə sahib olduğu üçün yoluxma riski isti havalarda da davam edir.
Milli.Az bildirir ki, yay aylarında da pandemiyaya qarşı gördüyümüz bütün qoruma tədbirlərini davam etdirməyimizin vacib olduğunu söyləyən yoluxucu xəstəliklər və kliniki mikrobiologiya mütəxəssisi professor İftahar Köksal, yay mövsümündə diqqətli olmağımız lazım olan 8 səhv vərdişi açıqlayıb, mühüm təkliflər və xəbərdarlıqlar edib:
1. Maska istifadə etməmək
Maska ​​istifadə etməməyiniz virusa yoluxma və onun yayılması riskini artırır. Xüsusilə, masanın ətrafında söhbət edərkən və ya qapalı məkanlarda olduğunuz zaman, maska ​​taxmamaq və sosial məsafəyə əhəmiyyət verməmək riski daha da artır. İsti havalarda maska taxmaq çətin olsa da, öz həyatınız və digərlərinin sağlamlığı üçün bunu edin.
2. Maskanı dəyişməmək
Virusun ötürülmə riskini artıran və sağlamlığımıza təhlükə yaradan amillərdən biri maskanın səhv istifadə edilməsidir. Professor İftahar Köksal bildirib ki, isti hava səbəbindən nəmlənmiş maska ​​yay mövsümündə mütləq dəyişdirilməlidir: "Çünki nəmli bir maskadan ​​istifadə bakteriyaların daha asan böyüməsinə səbəb olacaq. Dermatit başda olmaqla, ciddi dəri infeksiyalarına yol aça bilər. Ayrıca, istifadə edilən maska ​​heç vaxt ətrafa atılmamalıdır və tibbi tullantı qablarına qoyulmalıdır"
3. 8 metr ara məsafəsinə əməl etməmək
"İnsanlar açıq havada gəzirsə və ya idman edirsə, ətrafında heç kəs olmadığı halda maska taxmamalıdır", deyən professor, idman edərkən diqqətli olmalı olduğumuz vacib qaydanı da izah edib: "İnsanlar arasında sosial məsafə 1,5-2 metr olmalıdır. Açıq havada gəzərkən bu məsafə artırılmalıdır. Çünki, açıq avada gəzinti və ya qaçış zamanı külək virusu yaya bilər. İnsanlar bu zaman asqıra və ya öskürə bilərlər. Bu, ağızdan çıxan kiçik su damcılarını 8 metr məsafəyə qədər yayılmasına səbəb olur. Buna görə də sosial məsafəyə diqqət yetirmək çox vacibdir".
4. Əlcəkdən düzgün istifadə etməmək
Cəmiyyətdəki populyar inancın əksinə, əlcəklər virusdan qorumaqdan daha çox yoluxdurma ehtimalı daha yüksəkdir. Əgər o tez-tez dəyişdirilməzsə, əllərin səthlərlə həddindən artıq təmasına səbəb ola bilər. Bunun nəticəsində də virus toxunan səthlərə ötürülür. Ayrıca, əllər tərlədikcə əlcəyin içi islanır. Professor, belə olduğu halda, bakteriya və göbələklərin aktivləşəcəyini deyir: "Əlcəklər digər fəsillərdə olduğu kimi, yayda istifadə olunmamalıdır. Əllər su və sabunla yuyulmalı, əl təmizləyicisi və spirtlə dezinfeksiya edilməlidir. Ehtiyac olmadığı halda, əlləri ətrafda olan əşyalara vurmamalı və hər kəsin olduğu ictimai yerlərdə müxtəlif səthhlərə toxundurmamalıdırlar".
5. Saç uzatmaq və saqqal saxlamaq
Saç və ya saqqal COVID-19-un ötürülməsinə birbaşa təsir göstərməsə də, daha çox tərləməyə səbəb olduğu üçün, əllərin üz və boyun bölgəsinə toxunma riskini artırır. İftahar Köksal bildirib ki, bu səbəbdən kişilərə saqqal saxlamaq tövsiyə olunmur: "Xüsusilə yay mövsümündə qadınlar da saçlarını açıq saxlamamalı və yığmalıdırlar. Əl dezinfeksiyasına diqqət etmək və yoluxma riski olduğu üçün bərbərxanaya və gözəllik salonlarıan tez-tez getməmək pandemiya dövründə çox vacibdir."
6. Çoxlu su içməmək
İftahar Köksal qeyd edib ki, kifayət qədər su istehlak etmək, koronavirusun bədənimizdəki selikli qişalar vasitəsilə hüceyrələrə daxil olmasını çətinləşdirir. Su həm də maddələr mübadiləsini sürətləndirir. Buna görə də yayda 2 litr su içmək tövsiyə olunur: "Özünüzlə harasa gedəndə mümkün qədər su aparın. Mağazadan satın aldığınız su şüşəsinin ağzına başqası toxunubsa, virus damcılarının qapağı açarkən əlinizə və ya içərkən ağzınıza daxil olamsı riski var. Su alarkən, əlinizi və şüşənin ağzını dezinfeksiya etməyinizə əmin olun".
7. İzdihamlı yerlərdə istirahət etmək
Yay aylarında çoxumuzun düşündüyü ilk şey tətildir. Bununla birlikdə, koronavirusdan qorunmaq üçün açıq havada tətil keçirmək, təbiətdə istirahət etmək daha məqsədəuyğundur. Əgər belə imkan yoxdursa, bu planınızı müvəqqəti ertəliyə, başqa bir vaxta keçirə bilərsiniz. Bu sizin sağlamlığınız üçün vacibdir.
8. Tez-tez duş qəbul etməmək
Yayda sərinləmək və şəxsi gigiyenanı təmin etmək üçün tez-tez duş qəbul etmək çox vacibdir. Axşam saatlarında saçınızı və bədəninizi yuyumaq da virusun vücudunuza daxil olmaq riskindən qorunmanın vacib bir metodudur. Duş zamanı gigiyenik sabun və ya şampun effektliliyi kifayət qədər təmin edəcəkdir. (publika.az)
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 17 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

5 ədəd badam yeyib, sonra idman et – Sirr

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər. -a istinadən xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmada

Alimlər təsdiqlədi: Bizi kökəldən əsas qida bu imiş

Hətta qida rasionunun ümumi kalori miqdarı dəyişməsə belə, bəzi məhsullar bədən çəkisinin sürətlə artmasına birbaşa təsir göstərir. Yapon mütəxəssislər müəyyən ediblər ki, gündəlik qidalanmada çörəyin payının çox olması piylənm

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar

Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir. KONKRET.azxəbər verir ki, bu barədə "Nature Neuroscience"

Zəncəfilin faydaları və zərərləri - Mütəxəssis

Zəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.  xəbə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Ağrıkəsicilərdən istifadə artıq çox insan üçün gündəlik vərdişə çevrilib. Azacıq ağrı hiss edən kimi həkimə yox, aptekə üz tuturuq. Yəni, ağrının səbəbini öyrənmədən nəticəni aradan qaldırmağa çalışırıq. Halbuki həkim rəy

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə


azerbaycan xeberleri yeni xeberler son xeberler novruz bayramı axsam az xeberler bu gunun xeberleri xeberler azerbaycan