"Koronavirus təhlükəsi hələ sovuşmayıb, arxayın olmamalıyıq"
"COVID-19 pandemiyası zamanı istər qlobal miqyasda, istərsə də Azərbaycandakı proseslərin gedişinə nəzər yetirsək görərik ki, dövlətimiz bu istiqamətdə bütün imkanlarını səfərbər etdi. Azərbaycan səhiyyə təşkilatları, o cümlədən dövlətin müvafiq qurumları pandemiya ilə mübarizədə Azərbaycan modelini ortaya qoydu".
KONKRET.azxəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Müşfiq Məmmədli deyib.
O söyləyib ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə kifayət qədər uğur qazanmış ölkədir: "Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dəfələrlə Azərbaycanın yanaşmasını bəyəndiyini bildirib. Hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Bu, həm ölkəyə virusun daxil olmasının, həm də ölkə daxilində yoluxmanın qarşısının alınması istiqamətində aparılan tədbirlərin kifayət qədər uğurla həyata keçirilməsinin göstəricisidir. Vaksinasiya prosesində də Azərbaycanın qazandığı uğurlar danılmazdır".
M.Məmmədli bildirib ki, payız-qız mövsümü, eləcə də COVID-19-un hələ də davam etməsi riskini nəzərə alaraq, təhlükə hələ sovuşmayıb: "Kütləvi peyvəndləmə hesabına insanlarda immunitet yüksəlib, müəyyən qədər də alovlanmalar sönüb. Buna arxayın olmamalıyıq, çünki xəstələnmə halları hələ də var. RNT tərkibli virusların mutasiya olunma riski pandemiya dövründə də olub".
Deputat vurğulayıb ki, virusların davamlı mutasiyalara uğradığından ehtiyatlı olmaq və prosesi nəzarətdə saxlamaq lazımdır: "İstər yaxın, istərsə də uzaq xarici ölkələrdə müxtəlif ştamların meydana çıxması müşahidə olunur. Ermənistanda daha fərqli ştamın aşkarlanması hələ də risk faktorlarının qalmasının sübutudur. Yoluxuculuq qabiliyyəti yüksək və xəstəliyi daha ağır formada keçirməyə səbəb olan koronavirus mutasiyasının meydana çıxması təhlükəsi hər zaman var".
Parlament üzvünün fikrincə, COVID-19 əleyhinə peyvənd olunan insanların immunitet yüksəldiyinə görə orqanizm törədici ilə daha intensiv mübarizə aparır, virusun özü də təkmilləşməyə doğru gedir: "İmmun reaksiyalara qarşı dözümlü ştamların mutasiyaya getmə ehtimalı var. Bütün bunlara baxmayaraq arxayınlaşmamalı, mübarizəyə davam etməliyik. Hələ də koronavirusla əlaqəli araşdırmalar davam edir. Çünki koronavirusa yoluxanlar bu gün də aşkarlanır. Təbii ki, həmin şəxslərə nəzarət olmalıdır. Xarici ölkələrdən gələn təhlükələri nəzarət altında saxlayan təşkilatlardan lazımı məlumatları almalı, bu istiqamətdə tədbirlər görülməlidir".
Xidmetler [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var