Koronavirusdan müdafiə üçün sprey hazırlandı
Estoniyalı professor Martin Ustav koronavirusdan qorunmaq üçün burun spreyi yaratdıqlarını bildirib.
Publika.az "Postimees"ə istinadla bildirir ki, burun üçün damcılar COVID-19-a qarşı antikorların qarışığından ibarətdir. "İscosagen" şirkətində aparılan elmi-tədqiqat işlərinə professor Ustav rəhbərlik edib.
Alimin sözlərinə görə, dərman-damcılar hazırda bütün mövcud koronavirus növlərindən qorumaq gücündədir. Buna baxmayaraq, alimlər dərmanın daha təkmil olması üçün tədqiqatlarını davam etdirirlər.
"Virusdakı dəyişiklikləri müntəzəm izləyir və hələ yayılmamış ştammları neytrallaşdırmağa çalışırıq",- deyə Ustav bildirib.
"BioBlock" adlandırılan dərmanın üzərində "İcosagen"in alimləri ilə bərabər "Chemi-Pharm" şirkətinin, habelə Tartu Universiteti və Estoniya Təbiət Elmləri Universitetinin mütəxəssisləri çalışıblar.
Dərmanın kütləvi istehsalı üçün icazə verilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı