Koronavirusla bağlı deyilənlər HAMISI YANLIŞ İMİŞ - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI (FOTO)

Koronavirusla bağlı deyilənlər HAMISI YANLIŞ İMİŞ - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI (FOTO)Çində yayılan yeni tip koronavirusun necə ortaya çıxması və insanlara necə yoluxması ilə bağlı aparılan araşdırmalar sürətlə aparılır.
xəbər verir ki, Çin xəstəliyin yayılmasının qarşısını almaq üçün müxtəlif metodlardan istifadə etsə də, epidemiya dünyanın 30-a yaxın ölkəsinə yayılmaqda və can almaqda davam edir.
Ölümcül virusla bağlı ortaya atılan yeni iddia isə şok yaradacaq səviyyədədir. BBC-nin xəbərinə görə, koronavirusun aşkar edildiyi ilk xəstə olan 70 yaşlı yatalaq xəstəsi olan adamın epidemiyanın yayıldığı iddia edilən qanundakənar heyvan məhsulları satışı həyata keçirən Huanan Dəniz Məhsulları bazarı ilə heç bir əlaqəsi yoxdur. Belə ki, o şəxs dəniz məhsulları bazarına heç vaxt getməyib. BBC-nin araşdırmasına görə, xəstəliyin aşkarlandığı ilk 41 nəfərdən 14-ü heç vaxt Huanan bazarında olmayıb. Xəbərdə "sıfır nömrəli xsətə" adlandırılan adamın infarkt keçirdiyi üçün yataq xəstəsi olduğu və 1 dekabrda xəstələndiyi bildirilib. Bu tarix isə koronavirusun ortaya çıxdığı tarixin rəsmi şəkildə açıqlanmasından ən az 1 həftə əvvələ təsadüf edir.
Uhandakı Cinyintan Xəstəxanasının professoru Vu Venyuan xəstənin səhhətinə görə evindən çıxmadığını və epidemiyanın mərkəzi qəbul edilən bazara heç vaxt getmədiyini, bazarla hər hansı əlaqəsi olmadığını deyib.
Aparılan başqa bir araşdırma isə Çinin Yunnan əyalətindəki sirli mağaranın yaxınlığında yaşayan insanların ölümcül virusa qarşı immunitetinin ola biləcəyini önə çəkir. Biznes məqsədli çalışmayan "EcoHealth Alliance" adlı şirkətdə xəstəliklər üzrə eko-araşdırmaçı Peter Daszak və komandası virusu insanlara yaydığı iddia edilən yarasaları araşdırmaq üçün həm Çində, həm də dünyanın müxtəlif bölgələrində olan mağaralara giriblər. Kəşfiyyat 2004-cü ildə 774 nəfərin ölümünə səbəb olan SARS epidemiyasını araşdıran adamlar tərəfindən aparılıb. Mütəxəssislər 2017-ci ildə mağaraya yarasa nəcisi nümunələri toplamaq üçün yenidən qayıdıb və Uhanda yayılan virusla 96% uyğunlaşan virusun özlərinə də keçdiyini aşkarlayıblar. Peter Daszak virusun yarasalardan insanlara yenidən və təkrar-təkrar sıçradığını göstərdiyini açıqlayıb.
Daszak tərəfindən "Nature" dərgisində 2017-ci ildə yayımlanan araşdırmaya görə, yarasalar "zoonotik infeksiyalar" adlandırılan və insanlara yolxuma ehtimalı yüksək olan virusları daşıyır. Lakin eyni araşdırma mağaranın yaxınlığında yaşayan insanların bədənlərində SARS ilə bağlı koronaviruslara qarşı qoruyan xüsusi maddələrə sahib olduğunu ortaya qoyub.
Koronavirusla bağlı deyilənlər HAMISI YANLIŞ İMİŞ - ŞOK FAKTLAR ÜZƏ ÇIXDI (FOTO)Qeyd edək ki, Çinin Hubey əyalətinin Vuhan şəhərindən sürətlə dünyaya yayılan epidemiyaya yoluxanların sayı 77 minə çatıb.
Zümrüd

Dünya       Tarix: 28 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər


yeni xeberler azerbaycan xeberleri son xeberler xabar az havanın temperaturu cəbhədən ən son xəbər xəbər.az