Koronavirusla bağlı yeni qrup yaradıldı - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-a yoluxma hallarının öyrənilməsi üzrə xüsusi qrup yaradıb. Təşkilat insanlarda güclü immunitetin əmələ gəlməsi barədə məlumata malikdir, lakin bu immunitetin hansı müddətə davamlı ola biləcəyi hələ məlum deyil.
Axar.az xəbər verir ki, bu barədə brifinqdə ÜST-nin fövqəladə xəstəliklər bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove bildirib.
"Çox ölkələrdə təkrar yoluxma hallarının baş verməsi bizə məlumdur. Bizim təkrar yoluxma üzrə xüsusi işçi qrupumuz var. Çünki çoxlu suallarımız var. Hazırda müxtəlif ölkələrdən xeyli xəbərlər almışıq, lakin təkrar yoluxma ilə bağlı əhalinin faizlə dəyərləndirilməsi barədə məlumatımız yoxdur. Məsələ birinci yoluxmadan sonra hansı immunoloji cavabın yaranması və ikinci yoluxmadan sonra hansı immunoloji cavabın yaranmasındadır", - Kerkhove qeyd edib.
ÜST daha bir suala cavab tapmağa ümid edir: xəstəliyin təkrar dövrü nə dərəcədə ciddidir və virusun daha yüngül formasına yoluxmaq mümkündürmü?
Onun sözlərinə görə, COVİD-19-a təkrar yoluxan insanlarda güclü immunitet yaranması barədə ÜST-də məlumatlar var. Lakin hələ məlum deyil ki, bu, hansı müddət davam edəcək. Bəzi tədqiqatlar göstərir ki, möhkəm immunitetin mövcudluğu özünü beş ayadək müddət ərzində göstərir, digərləri isə az miqdarda anticisimlərin yaranmasını qeyd edirlər. /publika.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür