Koronaviruslu xəstələrin qaldığı xəstəxana PARTLADI: 82 nəfər diri-diri yandı (YENİLƏNDİ)
İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı 82 nəfərə çatıb.
Bu barədə yerli INA agentliyi İraqın Daxili İşlər Nazirliyinə istinadən bildirib.
Daha əvvəl ölkənin İnsan Hüquqları üzrə Ali Komissiyasının nümayəndəsi Əl əl-Bayati hadisə zamanı 58 nəfərin həlak olduğunu bildirib.
Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.
Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış olub. (report)
xxx
12:12
İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı 55 nəfər ola bilər.
Bu barədə "Al-Hadath" telekanalı bildirib.
Daha əvvəl hadisə zamanı 28 nəfərin həlak olması və 50 nəfərin xəsarət alması haqqında bildirilib. İraqın İnsan hüquqları üzrə komissiyasının məlumatına görə, 55 nəfər faciənin qurbanı olub.
Lakin xəbər respublikanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməyib. (report)
xxx
08:48
İraqın paytaxtındakı İbn Əl-Xatib Xəstəxanasında COVID-19 xəstələrinin müalicə olunduğu palatada oksigen balonunun partlaması nəticəsində yanğın baş verib.
Publika.az "Aljazeera" televiziya kanalına istinadla xəbər verir ki, insident nəticəsində azı 20 pasiyentin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilir.
Xəstəxananın digər şöbələrində müalicə olunan xəstələr təxliyə edilib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək