Koronavirusun daha bir mutant növü aşkarlandı
Almaniyada koronavirusun yeni mutasiyası aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə "Merkur" qəzeti məlumat yayıb.
Bildirilib ki, ölkənin Bavariya əyalətindəki bir klinikada koronavirusun yeni mutant növünə rast gəlinib.
Xəstəxananın meneceri Franz Niederbühl ötən həftə mütəxəssislərin xəstələrdə dəyişiklik müşahidə etdiyini, tibb müəssisəsi tərəfindən alınan xüsusi cihaz sayəsində mutant versiyanın aşkarlanmasının mümkün olduğunu açıqlayıb. Nəticələr həkimlərə qəribə gəlib, buna görə də "Şarite" xəstəxanasındakı həmkarları ilə əlaqə saxlayıblar. 3 xəstədən dondurulmuş nümunələr çərşənbə günü Berlinə çatdırılıb və 2 gün sonra "Şarite" həkimləri bunun SARS-CoV-2-nin yeni mutasiyası ola biləcəyinə dair şübhələri təsdiqləyib. Qeyd olunub ki, bu versiyaya daha əvvəl heç bir ölkədə rast gəlinməyib.
Həkimlər bu mutasiyanın xüsusiyyətləri barədə dəqiq məlumata sahib olmadığı üçün daha çox yoluxmanın ola biləcəyi barədə sualları cavablandırmırlar.
Virusun yeni mutasiyasının necə meydana gəldiyi də hələ bilinmir.
Mütəxəssislər pandemiyanın başlanğıcından bəri dünyada virusun quruluşunda 12 mindən çox dəyişiklik qeydə alındığını bildirir.
Zümrüd

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək